Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA

Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA"Son günlərdə dünya liderlərinin rəsmi sosial şəbəkə hesablarına qarşı təşəbbüs edilən kiberhücumlar beynəlxalq ictimaiyyətin diqqət mərkəzinə çevrilib. ABŞ Prezidenti Donald Trampın və İsrail Baş naziri Benyamin Netanyahunun hesablarına qarşı edilən hücumların ardınca, Azərbaycan Prezidenti İlham Əliyevin hesablarına da hücumlar yönəldilməsi bu təhlükənin sistemli bir xarakter qazandığını göstərir".
Bu sözləri azxeber.com-a açıqlamasında Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası" İctimai Birliyinin eksperti, Xəzər Universitetinin İT departament rəhbəri Fərid Musayev bildirib. O qeyd edib ki, dünya liderlərinin rəqəmsal varlığı, dövlət təhlükəsizliyinin ayrılmaz hissəsi hesab olunur:
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA"Onların sosial media platformaları sadəcə ünsiyyət vasitəsi deyil, həm də dövlət siyasətinin ifadə edildiyi, strateji mesajların verildiği və kütləvi rəyin formalaşdırıldığı kritik kommunikasiya kanallarıdır. Bu hesabların təhlükəsizliyi ən yüksək səviyyədə qorunduğu halda, qarşıya çıxan bu "sərhəd pozuntuları" ciddi suallar yaradır: Bu hücumların arxasında kim durur və əsl məqsəd nədir? Bu növ mürəkkəb hücumlar adətən üç əsas qrup tərəfindən icra olunur. Dövlət dəstəkli kiber-dəstəkli qruplar  ən böyük ehtimal budur. Bu qruplar yüksək texnoloji imkanlara malikdir və birbaşa dövlətin kəşfiyyat və ya hərbi strukturuna bağlı işləyirlər. Onların məqsədi xaos yaratmaq və ya strateji məlumat sızdırmaqdır. Haker qrupları və ideoloji hərəkətlərə baxsaq müəyyən siyasi və ya ideoloji məqsədlər uğrunda fəaliyyət göstərən, lakin dövlət səviyyəsində resursları olan daha təşkilatlı qruplar. Onlar diqqət çəkmək və rəqib dövlətin imicini zədələmək üçün bu üsuldan istifadə edirlər.
Kiber-terrorçular və cinayətkar şəbəkələr: Bəzən məqsəd sadəcə qarışıqlıq yaratmaq və ya manipulyasiya vasitəsilə kütlələrin reaksiyasını ölçmək olur. Liderlərin hesabları çox vaxt ikiqat və daha çox faktorlu autentifikasiya (2FA) ilə qorunsa da, hücumçular müxtəlif metodlardan istifadə edə bilər".
Ekspertin sözlərinə görə, bu hücumların tək bir səbəbi olmaya bilər:
"Dezinformasiya və manipulyasiya: Ən təhlükəli ssenari liderin adından saxta bəyanatların verilməsidir. Bu, bir dövlətin iqtisadiyyatına zərbə vura, əhalini üsyan etməyə təşviq edə və ya beynəlxalq krizislərə yol aça bilər. Psixoloji müharibə: Liderlərin "qorunmasız" olduğunu göstərməklə, həm xalqın, həm də beynəlxalq tərəfdaşların dövlət təhlükəsizliyinə olan inamını sarsıtmaq məqsədi daşıyır. Kəşfiyyat və məlumat toplama: Hesablar vasitəsilə liderin və ya onun yaxın çevrəsinin rəqəmsal izlərini, kommunikasiya vərdişlərini və gizli məlumatlarını əldə etmək istəyirlər. Müəyyən bir dövlətin və ya liderin nüfuzunu beynəlxalq arenada aşağı salmaq üçün edilən simvolik hərəkətlər üçün də bu yola əl atırlar. Nəticə olaraq, rəqəmsal dünyada güc balansının dəyişməsi ilə birlikdə, kiberhücumlar artıq sadəcə texniki bir məsələ deyil, bir dövlətin suverenliyini və təhlükəsizliyini birbaşa hədəf alan strateji silah formasına düşüb".
Aynur Babazadə

Siyasi       Tarix: 16 noyabr 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident İlham Əliyevin Dublində Litva Prezidenti ilə görüşü olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 12-də Dublində Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə görüşü olub. xəbər verir ki, söhbət zamanı ölkələrimiz arasında siyasi əlaqələrin yaxşı səviyyəd

Leyla Əliyeva COP31-də Xəzər dənizinə aid problemləri qabardıb

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Blu

Azərbaycan ABŞ ilə aqrar sahədə əməkdaşlığı genişləndirəcək

Azərbaycan və ABŞ kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edib. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir. Bununla bağlı müzakirələr kənd təsərrüfatı naziri Məcnu

Türkiyə və Qətər arasında "Qarşılıqlı Müdafiə Sazişi" imzalandı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər əmiri Şeyx Təmim bin Həməd Al Sani ilə görüşüb. xəbər verir ki, İstanbulda, Dolmabağça sarayında keçirilən görüşdə liderlər əvvəlcə təkbətək, daha sonra nümayəndə heyətlərini

Prezidentin Endi Börnhemlə də görüşü gözlənilir - Yenilənəcək

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə toplantısında iştirak etmək üçün İrlandiyanın paytaxtı Dublinə səfər edib. -ın məlumatına görə, yaxın saatlarda Preziden

Azərbaycan və Böyük Britaniya regional təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının xarici işlər, birlik və inkişaf məsələləri üzrə dövlət katibi Ed Milibənd arasında telefon danışığı baş tutub

Azərbaycan Prezidenti Dublində rumıniyalı həmkarı ilə görüşüb

Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb. xəbər verir ki, dövlətimizin başçısı ilə görüşdən məmnunluğunu bildirən Prezident Nikuşor Dan ölkələrimi

Azərbaycan və Britaniya arasında razılaşma: Yeni iş yerləri yaradılacaq

Azərbaycan və Böyük Britaniya ticarət, investisiya, enerji və nəqliyyat sahələrində əməkdaşlığı genişləndirəcək, həmçinin Orta Dəhlizin inkişafını dəstəkləyəcəklər. xəbər verir ki, sözügedən məsələ Azərbaycan Respublikas

Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu

Bu fotonu görəndə, açığı, dəhşətə gəldim. Belə bir tikintiyə necə icazə vermək olar. Mən peşəkar inşaatçıyam, memar deyiləm. Amma bu nəhəng tikilinin Ağ Evi necə kölgədə qoyduğunu görmək üçün memar olmağa ehtiyac yoxdur


azerbaycan xeberleri yeni xeberler son xeberler son xeber.az butun xeberler hava haqqinda metbuat