Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Milli Məclisin plenar iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı çıxış edən Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov qurum tərəfindən 2027–2030-cu illəri əhatə edən Maliyyə Sektorunun İnkişaf Strategiyasının hazırlandığını bildirib.
KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, sədr Mərkəzi Bankın qarşısında duran ən əsas prioritetlərin məhz qiymət sabitliyinin təmin edilməsindən ibarət olduğunu vurğulayaraq, pul siyasətinin əsas lövbəri olan sabit məzənnə rejiminin qorunması üçün mövcud bütün zəruri alətlərdən qətiyyətlə istifadə olunacağını diqqətə çatdırıb.
T.Kazımov 2024–2026-cı illəri əhatə edən cari maliyyə sektoru strategiyasının icra səviyyəsinin hazırda 91 faiz təşkil etdiyini qeyd edərək, cari ilin sonunadək növbəti dövrü əhatə edən yeni strategiyanın tamamlanmasının nəzərdə tutulduğunu bildirib.
Onun sözlərinə görə, hazırlanmaqda olan yeni strategiyada iki fundamental istiqamətə xüsusi diqqət yetiriləcək. Bunlardan birincisi maliyyə sektorunun hərtərəfli inkişafı, real sektorun keyfiyyətli maliyyələşdirilməsi, rəqəmsallaşma səviyyəsinin artırılması, innovativ həllərin tətbiqi, həmçinin maliyyə xidmətlərinin əlçatanlığının və coğrafi əhatə dairəsinin genişləndirilməsidir. İkinci əsas istiqamət isə tənzimləmə siyasətinin daha da təkmilləşdirilməsi və bunun vasitəsilə bütövlükdə maliyyə sektorunun uzunmüddətli dayanıqlılığının və təhlükəsizliyinin təmin edilməsidir.

Keçmiş nazirə ağır itki
Daha bir həkim qəfil vəfat etdi
Bakıda 16 ölkədən 50-dən çox universitetin iştirakı ilə beynəlxalq təhsil sərgisi keçiriləcək
Ceyrançöldə 2 nəfər minaya düşdü - Ölən var
Husilər SÜRƏTLƏ İRƏLİLƏYİR: Ordu Bab əl-Məndəbi tərk etdi - Ədən TƏHLÜKƏDƏ
ADA Universiteti və 'Bank of Baku'nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı - FOTOLAR
Bakıda 16 ölkədən 50-dən çox universitetin iştirakı ilə beynəlxalq təhsil sərgisi keçiriləcək
İnsan ölənə yaxın bu 4 sözü deyir
Mətin Eynullayev ona yüksək vəzifə verdi - FOTO
Paytaxtda restoranda dava: Qıza söz atan kişi arvadının yanında döyüldü
Başı ağrıyırmış, hamama gedib...' - Yataqxanada tələbənin ölümünün təfərrüat
ABŞ-ın İranla müharibəsi 47 milyard dollara başa gəlib: Trampın hərbi kampaniyasının görünməyən qiyməti
Leyla Əliyeva COP31-də Xəzər dənizinə aid problemləri qabardıb
İlham Əliyev: İqlim dəyişikliyi mövzusunda hər liderin öz ölkəsində məsuliyyət sahibi olmasını tövsiyə edərdim