"10 minə yaxın şəhid vermişik, onlar daim DARMADAĞIN olunacaq" - Generaldan XƏBƏRDARLIQ

Türkiyənin İran və İraqla sərhəddə yerləşən Hakkari vilayəti terrorçulardan tamamilə təmizlənib.
Bu barədə Türkiyə daxili işlər naziri Süleyman Soylu danışıb. Nazirin sözlərinə görə, son 40 ildə ilk dəfədir ki, bu bölgədə yaşayan insanlar terrorçular olmadan Ramazanı tam təhlükəsiz şəkildə qeyd edirlər.
KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi, istefada olan general-mayor Yücel Karauz bildirib ki, Türkiyənin terrorla mübarizəsi 1984-cü ildən, yəni 39 ildir davam edir.
General xatırladıb ki, Türkiyə bu 39 illik tarixində 10 minə yaxın şəhid verib:
"Daxili İşlər Nazirliyinin məlumatına görə, Türkiyədə 86 terrorçu var. Onlar mağaralarda və s. gizlənirlər. Türkiyə müdafiə sənayesinin qabaqcıl silahları, jandarmaların fəaliyyəti terrorçuların fəaliyyətini sıfır halına gətirib. Təbii ki, terrorçuların zərərsizləşdirilməsi xalqa inam gətirir. İnsanlar obalarına, dağlarına, yaylalarına rahat şəkildə gedə bilirlər. Ramazan bayramını təhlükəsiz formada qeyd edirlər.
Türkiyənin terrorla mücadiləsi sadəcə ölkə içərisində deyil, İraq və Suriyanın dərinliklərində də davam edir. Çünki daxildəki terrorçuların sayı nə qədər azaldılsa da, ölkə xaricindəki terrorçu mənbələr qurudulmadıqca, onlara qarşı təsirli tədbirlər görülmədikcə fəaliyyətləri davam edəcək. Bu baxımdan artıq Türkiyənin İraqla sərhədində, 811 kilometrlik Suriya sərhədinin 400-450 kilometrlik hissəsində, 30 km dərinliyində təhlükəsiz zonalar yaradılıb. Türk əsgəri artıq sərhəddən kənarda da terrorla mübarizə aparır. Terrorçulara ikiqat cavab verilir.
Türkiyənin cənubunda bir terror dövləti yaratmağa çalışan başda ABŞ və Fransa olmaqla bir sıra ölkələr terrorçulara silah-sursat, maliyyə yardımı göstərirlər. ABŞ PKK/PYD terror təşkilatına helikopter yardımı belə edib. Türkiyənin terrorla mübarizəsi sərhədlər daxilində son terrorçu məhv edilənə qədər davam edəcək. Sərhədlər xaricində də terrorçuların zərərsizləşdirilməsi davam etdiriləcək. Sadəcə PKK/PYD terror təşkilatına qarşı deyil, İŞİD-ə qarşı da mübarizə davam edəcək. Biz 1000 ildir yurdumuz Anadoluda ərazi bütövlüyümüzə qarşı atılan istənilən addımı, planı darmadağın etmişik və bu, belə də davam edəcək".//Musavat.com

Siyasi       Tarix: 22 aprel 2023
f Paylaş

Oxşar xəbərlər

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

Qərb soyuq müharibəni qazandı, amma sülhü qazana bilmədi: NATO-nun genişlənməsi tarixi səhv idimi?

Rusiya niyə NATO-ya qoşulmadı? ABŞ və Moskva arasında yeni təhlükəsizlik sistemi yaratmaq mümkün idimi? Ukrayna bu gün müharibənin mərkəzində olmaya bilərdimi?. Bu suallar müasir Avropa tarixinin ən mürəkkəb və mübahisəl

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir


son xeberler azerbaycan xeberleri yeni xeberler en yeni xeberler xeber.az son xeberler zelzele xəbərlər.com