"166 Yükdaşıma" 100 qazi əməkdaşıyla ilə daha güclü - FOTOLAR

44 günlük şanlı vətən müharibəsinin 3-cü il dönümü ölkə səviyyəsində təmtəraqlı şəkildə qeyd edilir.
azxeber.com xəbər verir ki, torpaqlarımızın işğaldan azad olunduğu bu günləri isə, Ali Baş Komandan İlham Əliyevin dəmir yumruğu ətrafında birləşən Azərbaycan ordusuna, canından keçən şəhid və qazilərimizə borcluyuq. Müharibə başlayan ilk gündən etibarən bütün ölkə ən ali məqsəd üçün birləşmişdi.O günlərdə "166 Yükdaşıma və Logistika" şirkəti və "156 Evakuasiya" şirkəti də həmin məqsəd uğrunda dayanmadan çalışırdı. Müharibənin ilk günlərindən şirkət əməkdaşları könüllü olaraq cəbhəyə yollanarkən, şirkət də Füzuli, Beyləqan və Şəmkir istiqamətində təkər daşınmaları həyata keçirirdi.
Həmçinin işğaldan azad olunan ərazilərə hərbi texnikaların daşınmasında da 166 Yükdaşıma və Logistika şirkəti öz fəallığı ilə seçilirdi. Bu layihələr çərçivəsində şirkət müntəzəm olaraq qida, geyim və s. məhsulların əsgərlərimizə göndərilməsini , həmçinin vətəndaşların yardımlarının anbarlarda toplanıb, həftənin 1,3,5-ci günlərində cəbhəyə təmənnasız şəkildə çatdırılmasını həyata keçirib. Şirkət ötən illərdə olduğu kimi bu gün də Qarabağa "Böyük Qayıdış"a öz dəstəyini göstərir. İşğaldan azad olunan ərazilərə buranın doğma insanlarının köçündə iştirak edir.  
Ən vacib məqamlardan biri isə sözügedən şirkətin bu gün 100 qazi və müharibə iştirakçısı olan əməkdaşı var. Sıralarında tarix yazan qəhrəmanların olduğu şirkət 8 Noyabr Zəfər gününə bu dəfə də özəl yanaşmasıyla seçilib. Onlar üçün şəhərin mərkəzində yerləşən məşhur hotellərdən birində Zəfər bayramı tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə başlayaraq, şəhidlərə ehtiram əlaməti olaraq 1 dəqiqəlik sükutla davam edib. Milli rəqs nömrəsindən sonra şirkətin Vətən müharibəsində gördüyü işlərdən bəhs edən videoçarx nümayiş etdirilib.
Bunun ardınca isə 156  Evakuasiya xidmətininin əməkdaşı olmuş şəhid Murad Məmmədovun doğum günü üçün təşkil edilən "Murad bizimlədir" aksiyasından videoçarx təqdim edilib. 
Daha sonra tədbirə təşrif buyuran fəxri qonaqlar şəhid general-mayor Polad Həşimovun qardaşı İlham Həşimov və şəhid Cəbrayıl Dövlətzadənin valideyni Məleykə Məmmədzadə də qaziləri bayram münasibəti ilə təbrik edib. Kiçik fasilədən sonra isə " Qarabağ şikəstəsi" ilə tədbirin ikinci hissəsinə start verilib. Bundan sonra isə şirkətin 10 qazi əməkdaşının iştirakı ilə hazırlanan "İçimizdəki qəhrəmanlar" filminin nümayişi keçirilib.  Sonda şirkət rəhbərliyi qazilərin və müharibə iştirakçılarının olduğu şirkətdə çalışmağın qürurundan bəhs edərək, onlara təşəkkürünü ifadə edib, hədiyyələrini təqdim edib.
Sözügedən  "Azərbaycanım" mahnısıyla yekunlaşıb. "Zəfər tədbiri"ndən görüntüləri təqdim edirik : 
 

İqtisadiyyat       Tarix: 06 noyabr 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd

Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq

Gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcək. "Report"a istinadən xəbər verir ki, bu, "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Xatırlada

Xəyal etdi, inandı, qazandı — "Sürətlə Yeni Mövsümə" lotereyasının 'Changan Q07' qalibi danışdı

və platformalarında keçirilən "Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindən dəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın 4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobili

Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti

Payız yalnız təbiətin rənglərinin dəyişdiyi deyil, həyatımızda yeniliklərə yer ayırdığımız mövsümdür. Bank Respublika bu mövsümü şəxsi planlarını reallaşdırmaq üçün dəyərləndirmək istəyən müştərilərinə "Payız fürsəti"

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib. Bu barədə -a nazirlikdən məluma

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən görüntüleri son xeberler bugun 2026 azerbaycan xəbər beynelxalq bank mezenne