18 məktəb direktoru və 14 bağça müdiri işdən çıxarıldı

18 məktəb direktoru və 14 bağça müdiri işdən çıxarıldı2023-cü ilin əvvəlindən etibarən Elm və Təhsil Nazirliyi, həmçinin yerli təhsili idarəetmə orqanları tərəfindən ümumi və məktəbəqədər təhsil müəssisələrində monitorinqlər aparılır.
azxeber.com report-a istinadən xəbər verir ki, bu barədə nazirlikdən bildirilib. 
Belə ki, ümumi təhsil müəssisələrində məktəbə rəhbərlik və nəzarətin həyata keçirilməsi, fərdi təhsil, dərnək və dərsdənkənar məşğələlərin təşkili, müəllimlər arasında dərs yükü bölgüsünün qiymətləndirmə nəticələrinə uyğun aparılması, şagird və işçilərin davamiyyəti, tədris-pedaqoji sənədlərin tərtibi, sinif komplektlərinin normativ sənədə uyğun təşkili, həmçinin kadr inzibatçılığı, işçilərin əmək intizamı və əmək funksiyası üzrə vəzifə öhdəliklərini yerinə yetirməsi və digər sahələr üzrə yoxlamalar aparılıb. Yoxlamalar zamanı qeyd edilən sahələr üzrə aşkar olunmuş nöqsan və çatışmazlıqlar nəticəsində 18 ümumi təhsil müəssisəsinin direktoru tutduğu vəzifədən azad olunub.
Bununla yanaşı, dövlət məktəbəqədər təhsil müəssisələrində də rəhbərlik və nəzarətin həyata keçirilməsi, normativ hüquqi aktların tələblərinə riayət olunması, uşaqların qida təminatı və anbar uçotunun qanunauyğun aparılması, təlim-tərbiyə prosesinin təşkili, işçilərlə əmək münasibətləri tənzimlənən zaman əmək qanunvericiliyinin tələblərinə əməl olunması, işçilərin əmək intizamı və əmək funksiyası üzrə vəzifə öhdəliklərini yerinə yetirməsi və digər sahələr üzrə yoxlamalar aparılıb. Yekun olaraq, aşkarlanmış nöqsan və çatışmazlıqlar nəticəsində 14 dövlət məktəbəqədər təhsil müəssisəsinin müdiri işdən azad edilib.

Sosial       Tarix: 26 aprel 2023
f Paylaş

Oxşar xəbərlər

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü


son xeberler yeni xeberler azerbaycan xeberleri valyuta məzənnələri xeberler bugun 2026 cəbhədən son durum en son xeber