20 yanvar''da qanunsuz sərnişin daşıyan sürücülər cərimələndilər - VİDEO

20 yanvar''da qanunsuz sərnişin daşıyan sürücülər cərimələndilər - VİDEOPaytaxtda ictimai nəqliyyatın tənzimlənməsi və yolların buraxılış imkanlarının artırılması üçün Dövlət Yol Polisi və Yerüstü Nəqliyyat Agentliyinin əməkdaşları reydlərə başlayıblar.
azxeber.com Xezer TV-yə istinadən xəbər verir ki, Bakının 20 yanvar dairəsi ətrafında reyd keçirib.
Qayda pozuntularına yol verən sürücülər cərimə ediliblər.
Qeyd edək ki, günün istənilən saatında 20 yanvar dairəsi ətrafından Sumqayıt, Xırdalan şəhərləri və müxtəlif ətraf qəsəbələrə taksi və kiçiktutumlu digər avtomobilərlə qeyri-qanuni sərnişin daşıyan xeyli sürücü olur. Onlar metrodan çıxanları aparmaq üçün avtomobili yolun hərəkət hissəsində saxlayırlar. Onsuz da hərəkətin intensiv olduğu bu günlərdə həmin ərazidə vəziyyət daha da gərginləşdirilir.
Reyd zamanı qanunsuz sərnişindaşıma ilə məşğul olduğu iddia edilən bəzi sürücülər yol polisinə tabe olmayaraq ərazidən qaçmağa cəhd ediblər. Amma polis onları da saxlayaraq barələrində cərimə tətbiq edib.
Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov deyib ki, aşkar edilən sürücülərin sərnişin daşımaları üçün fərqlənmə nişanları olmadığından onların fəaliyyəti qanunsuz hesab edilir. Buna görə də onların avtovağzal ərazisində daxil olması mümkünsüzdür.
Amma görünən odur ki, edilən xəbərdarlıq və yazılan cərimələr bu yolda hərəkətin tənzimlənməsində çıxış yolu deyil. Ərazidən qovulan sürücülər, bir müddət 20 yanvar dairəsinə yaxın ərazidə sıra ilə durub aidiyyəti qurumların getməsini gözləyirlər. Görünür, bu ərazi ilə bağlı daha ciddi tədbirlər görülməlidir. Əks halda xaotik vəziyyət hər keçən gün daha da artacaq.

Sosial       Tarix: 03 noyabr 2022
f Paylaş

Oxşar xəbərlər

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli


azerbaycan xeberleri yeni xeberler son xeberler ən son xeberler cəbhədən yeni xəbərlər xeberler bugun 2026 valyuta