2022-ci ilin ən yaxşı futbolçuları müəyyənləşdi - ADLAR

2022-ci ilin ən yaxşı futbolçuları müəyyənləşdi - ADLARParisdə FIFA-nın "The Best" mükafatlarının təqdimatı mərasimi keçirilib.
KONKRET.az "Haber Global"a istinadən xəbər verir ki, mərasimdə ilin ən yaxşı kişi futbolçusu mükafatını Argentina millisinin və Fransanın PSJ klubunun hücumçusu Lionel Messi qazanıb.
Belə ki, 35 yaşlı oyunçu bu mükafatla "Real Madrid"in futbolçusu Kərim Benzema və PSJ-də komanda yoldaşı Kilian Mbappeni geridə qoymağı bacarıb.
İlin ən yaxşı qadın futbolçusu mükafatına isə İspaniya Milli Komandası və "Barselona"nın 29 yaşlı oyunçusu Aleksia Putellas layiq görülüb.
Mərasimdə, həmçinin qadın və kişi futbolu üzrə ilin ən yaxşı məşqçilərinin mükafatlarının sahibləri də açıqlanıb.
Kişi futbolunda ilin ən yaxşı məşqçisi mükafatını Argentina milli komandasının baş məşqçisi Lionel Skaloni alıb. Argentinalı çalışdırıcı ölkəsi ilə dünya çempionatında uğur qazandığını nümayiş etdirib.
Qadın futbolunda isə ilin ən yaxşı məşqçisi mükafatını İngiltərə millisinin niderlandlı məşqçisi Sarina Viqman qazanıb.
İlin ən yaxşı qoluna görə Puşkaş mükafatına Marçin Oleksi ("Varta", Polşa) layiq görülüb.
Həmçinin mərasimdə "İlin azarkeşləri" mükafatına Argentina yığmasının azarkeşləri, "Fair Play" mükafatına isə Luka Loçoşvili ("Kremoneze", Gürcüstan) sahib çıxıb.
FIFA İlin Ən Yaxşısı Mükafat Mərasiminin qalibləri aşağıdakılardır:
Ən yaxşı qadın futbolçu: Aleksia Putellas (İspaniya/ "Barselona")
Ən yaxşı kişi futbolçu: Lionel Messi (Argentina/"PSJ")
Ən yaxşı qadın qapıçı: Meri İrps (İngiltərə/"Mançester Yunayted" Qadın Futbol Komandası)
Ən yaxşı kişi qapıçı: Emiliano Martínez (Argentina/"Aston Villa")
Qadın futbolunda ən yaxşı menecer: Sarina Viqman(İngiltərə Qadın Futbolu Milli Komandası)
Kişilər arasında ən yaxşı menecer: Lionel Skaloni (Argentina Milli Komandası)
İlin qolu: Marçin Oleksi (Varta Poznan)
İlin "Fair Play" Mükafatı: Luka Loçoşvili (Gürcüstan)
İlin Fanatı Mükafatı: Argentinalı fanatlar
İqbal Rzayev,
KONKRET.az

İdman       Tarix: 28 fevral 2023
f Paylaş

Oxşar xəbərlər

Konfrans Liqası: bu gün 18 oyun var

UEFA Konfrans Liqasında Liqa mərhələsinin II turunun oyunlarına bu gün start veriləcək. xəbər verir ki, Türkiyənin "Trabzonspor" klubu evdə Şotlandiyanın "Harts" komandası ilə üz-üzə gələcək. UEFA Konfran

Xankəndi Ultramarafonuna yekun vuruldu

II Beynəlxalq Xankəndi Ultramarafonunun dördüncü – son mərhələsi başa çatıb. Report-a istinadla xəbər verir ki, marafonun 4-cü mərhələsi Ağdam şəhərindən bu gün səhər start götürüb, iştirakçılar 29,2 km məsafə qət ediblər

Eşitmə məhdudiyyətli idmançımızdan yunan-Roma kubokunda mühüm qələbə

Belarusda eşitmə məhdudiyyətli kişilər arasında yunan-Roma və sərbəst güləş üzrə keçirilən Açıq Kubokda Azərbaycan idmançısı Qəmbər Türbətzadə bürünc medal qazanıb. xəbər verir ki, 72 kq çəki dərəcəsində mübarizə aparan güləşçimi

"Sabah" bu gün "Slaviya" ilə üz-üzə gələcək

"Sabah" komandasnın əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək. bildirir ki, Azərbaycan təmsilçisi Çexiyanın "Slaviya" kollektivi ilə üz-üzə gələcək. Qarşılaşma Bakı Olimpiya Stadionun, saat 20:45-d

Kokauri gümüş medal qazandı

Azərbaycan cüdoçusu Uşanqi Kokauri Bakıda keçirilən cüdo üzrə dünya çempionatında final görüşünə çıxıb. xəbər verir ki, o, +100 kq çəki dərəcəsində İnal Tasoevlə üz-üzə gəlib. İdmançımız bu görüşdə məğlub olaraq gümüşlə kifayətləni

"Sabah" "Slaviya"ya qarşı... - Canlı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda bu gün keçiriləcək "Sabah" – "Slaviya" matçı üçün heyətlər açıqlanıb. xəbər verir ki, komandalar saat 20:45-də başlayacaq matça aşağıdakı tərkibd

Türkiyə millisi baş məşqçisi ilə yollarını ayırdı

Türkiyə millisi baş məşqçisi Vinçenso Montella ilə yollarını ayırıb. xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb. İtaliyalı mütəxəssis TFF-nin İdarə Heyətinin iclasından sonr

"Sabah" UEFA Çempionlar Liqasında tarixə düşdü

"Sabah" UEFA Çempionlar Liqasında qeydə aldığı göstərici ilə fərqlənib. xəbər verir ki, "OptaJoe"nun paylaşdığı statistikaya əsasən, Bakı klubu turnirin tarixində ardıcıl üç oyunun ilk dəqiqələrindən etibarə

UEFA-dan Fəridə Lütfəliyevaya təyinat

Azərbaycanın qadın FİFA referisi Fəridə Lüftəliyeva UEFA tərəfindən təyinat alıb. xəbər verir ki, Gürcüstanda keçiriləcək qadınlar arasında U-17 Avropa çempionatının seçmə mərhələsinin B4 qrupunda iki oyunun baş hakimi olacaq


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən son xəbərlər 2026 sonxeber.az valyuta mezennesi cəbhədən son xəbərlər