2023-cü ildə dünyada 21 milyarder ölüb
2023-cü ildə dünyada 21 milyarder ölüb
Ötən il 21 milyarder dünyasını dəyişib.
Bu milyarderlərdən doqquzu ABŞ vətəndaşı olub. Milyarderlərdən üçü Hindistanda, ikisi Malayziyada dünyasını dəyişib.
Onlardan yalnız biri qadın idi - Çinin "WuXi App" əczaçılıq şirkətinin həmtəsisçisi Tes Çjao Nin. O, son 20 ildə xərçənglə mübarizə apardıqdan sonra xəstəliyə məğlub olub və 56 yaşında vəfat edib.
2023-cü ildə məşhur misirli milyarder, şahzadə Diananın sevgilisi Dodi Əl-Fayedin atası Məhəmməd Əl-Fayed də vəfat edib, onun 94 yaşı var idi. O, Parisdəki "Ritz" otelinin sahibi olub, əvvəllər isə Londonun "Harrods" univermağı və "Fulham" futbol klubunun sahibi idi.
Ölənlər arasında ən yaşlı milyarder avtomobil dilerləri şəbəkəsinin sahibi, "Clear Channel" radiostansiyasının (indiki "iHeartMedia") təsisçisi Billi Co "Red" Makkombs (95 yaş) və milyarder, investor Uorren Baffetin "Berkshire Hathaway" şirkətinin sədr müavini, həmçinin səhmdarı Çarlz Manger (99 yaş) olub.
2023-cü ildə vəfat edən milyarderlər arasında amerikalı musiqiçi və iş adamı Cimmi Baffet, İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni, "Intel"in həmtəsisçisi Qordon Mur, Hindistanın ən böyük boya şirkəti "Asian Paints Ltd"nin müstəqil direktoru Aşvan Dani (siyahıdakı ən zəngin şəxs; sərvəti 8 milyard dollar idi) və digərləri də var.
Mənbə: Forbes / oxu.az

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var