23/24: İqtisadiyyatı nə gözləyir – Təhlil və proqnoz

23/24: İqtisadiyyatı nə gözləyir – Təhlil və proqnozİqtisadi cəhətdən 2023-cü il ölkəmiz üçün 2022-ci ildən bir az yaxşı oldu. Başlayaq Prezidentin 5 yanvar 2023-cü il tarixli Sərəncamından. Yanvarın 1-dən minimum əməkhaqqı 15% artırılaraq 300 manatdan 345 manata, minimum pensiya məbləği isə 40 manat artırılaraq 240 manatdan 280 manata çatdırıldı. Müavinət və təqaüdlər də artırıldı.
KONKRET.az xəbər verir ki, 2019-cu il sosial, iqtisadi, idarəetmə sahəsində böyük islahatlar ili kimi yadda qalmışdı.
Həmin ildə qeyd olunan göstəricilər üzrə 2 sosial paket həyata keçirilmişdi. 3-cü sosial paketin icrasına isə 2022-ci ildə gedilmişdi. İlin əvvəlindən minimum əməkhaqqı 300, əmək pensiyalarının minimum məbləği isə 240 manata çatdırılmışdı. Prezidentin 5 yanvar 2023-cü ili Sərəncamı sayca 4-cü sosial paket idi və 1,9 milyon vətəndaşı əhatə etməklə il ərzində 750 milyon manatdan çox vəsaitin xərclənməsini nəzərdə tuturdu.
Son 5 ildə 4-cü sosial paketin icrası ölkə iqtisadiyyatında artımın nəticəsi və təkcə neftin deyil, dövlət büdcəsinə neftdənkənar sahələr üzrə gəlir və vəsait daxilolmaları hesabına idi. Prezident də dəfələrlə qeyd edib ki, büdcəyə nəzərdə tutulandan nə qədər çox vəsait daxil olarsa, əhalinin sosial ehtiyacları üçün xərclənəcək.
İkinci ən mühüm məsələ isə inflyasiya, qiymətlərin bahalaşmasıdır. 2023-cü ilin mayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,4% az, ötən ilin mayına nisbətən isə 11,5% çox təşkil etdi. Bu o demək idi ki, az qala iki il yarım ardıcıl davam edən bahalaşma və inflyasiya prosesindən sonra ilk dəfə olaraq bu ilin mayında səngimə qeydə alındı. Bu, ötən ilin birinci rübünün uzağı ilk yarısının sonuna proqnoz edilsə də, baş tutmadı. Sonradan ilin ilk üç ayının sonuna gözlənilsə də, qeyd etdiyim kimi, məhz mayda baş verdi.
Bahalaşma və inflyasiya prosesi əslində apreldə zəifləməyə başlamışdı. 2023-cü ilin aprelində ölkəmizdə inflyasiya martda qeydə alınmış 0,7% səviyyəyə qarşı 0,3% təşkil etmişdi. Bu isə o demək idi ki, proses artıq zəifləməyə doğru istiqamət götürüb. Odur ki, mayda tempin səngiyəcəyi aydın görünürdü. Buna da ən çox prosesin məhz qlobal miqyasda baş verməsi əsas yaratdı. Ancaq bir nüans var ki, qlobal məkanda hər şey əslində xeyli əvvəl təzahür etməyə başlamış olsa da, bizdə məhz mayda büruzə verdi. Dünya bazarlarında bir sıra strateji məhsullar, o cümlədən ərzaq malları yanvardan ucuzlaşmağa başlamışdı.
Ümumiyyətlə, 2021-ci ilin əvvəlindən başlanan və bütövlükdə ötən il ərzində Rusiya-Ukrayna müharibəsinin təsiri nəticəsində daha da alovlanan qiymətlərin ucuzlaşacağı qabaqcadan gözlənirdi. Buna enerjidaşıyıcıları üzrə qiymətlərin sabitləşməsi əsas yaratmalı idi və yaratdı da.
Ölkədə iqtisadi artım az da olsa, pis səviyyədə deyil. 2023-cü ilin yanvar-noyabr aylarında 110 milyard 212 milyon 800 min manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,8% çox ÜDM istehsal olunub. Neft-qaz sektorunda əlavə dəyər 1,6% azaldığı halda, qeyri neft-qaz sahəsində 3,2% artıb. Keçən ilin yekununa artım 4,6% təşkil etmişdi. Lakin bu, beynəlxalq bazarlarda enerjidaşıyıcılarının qiymətləri üzrə konyunktur vəziyyətlə əlaqədar idi.
Ötən ilin yanvar-noyabr aylarında ölkəmizdən 15 milyard 99 milyon 942 dollarlıq xam neft, 12 milyard 775 milyon 689 min dollarlıq təbii qaz ixrac olunub ki, 2022-ci ilin eyni dövründə bu rəqəmlər uyğun olaraq 18 milyard 318 milyon 642 min dollar, 14 milyard 807 milyon 620 min dollar təşkil etmişdi.
Maliyyə sektorundakı vəziyyətə gəldikdə isə manat möhkəmləməyə doğru meyl etsə də, sabit qalıb. Tədiyyə balansının cari əməliyyatlar hesabında iri həcmli profisitlə (9 ayda 6,7 milyard ABŞ dolları və ya ÜDM-in 1 2. 5%-i) əlaqədar olaraq ilin əvvəlindən bəri keçirilən valyuta hərraclarının 95%-də təklif tələbi üstələyib. Odur ki, Mərkəzi Bank (AMB) valyuta bazarına müdaxilə edərək, 1,4 milyard ABŞ dolları alıb. Nəticədə qurumun valyuta ehtiyatları 20.3% artaraq 10.8 milyar ABŞ dollarını keçib.
Ötən il ərzində ölkədə 2 bank müflis elan edilərək bağlanıb. Hazırda 23 bank fəaliyyət göstərir. Lakin AMB-in makroiqtisadi və maliyyə sabitliyini qorumağa dair həyata keçirdiyi siyasət nəticəsində hər bir bankın kənar şoklara qarşı dayanıqlığı qorunub saxlanıb, kapitallaşma, müvafiq risklər üzrə prudensial tələblər gücləndirilib, pul siyasəti qərarlarının ötürücülük imkanlarının artırılması hesabına bank sektorunda kredit portfeli bütün seqmentlər üzrə müsbət inkişaf edib.
Bütün bunlardan əlavə, 2023-cü il ölkəmizdə turizm sektorunun bərpa prosesi xüsusi önəm daşıyıb. Yanvar-noyabr aylarında ölkəmizə 186 ölkədən 1 893 min, yaxud 2022-ci ilin eyni dövrü ilə müqayisədə 29,8% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Həmin ilədək ölkəmizdə turizm çox sürətlə inkişaf edirdi. 2019-cu ildə ölkəmizə 3 milyon 170 min 400 nəfər xarici ölkə vətəndaşları gəlmişdi. Onların 2 milyon 863 min 500 nəfəri də sırf turizm məqsədilə gələnlər idi.
2014-2015-ci illərdə neftin dünya bazar qiymətlərinin enişi nəticəsində ölkəmizdə xarici valyuta sarıdan yaranan gərginlik həm də məhz 2016-2018-ci illər ərzində xarici turist axınının genişlənməsi nəticəsində yumşaldı. Xüsusən də, Yaxın Şərq ölkələrindən gələnlərin hesabına. Odur ki, bərpa prosesini inkişaf etdirmək lazımdır.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 71,7%-i hava, 27%-i dəmir yolu və avtomobil, 1,3%-i isə dəniz nəqliyyatından istifadə edib.
Ötən il ərzində ölkə iqtisadiyyatında baş verən müsbət tendensiyaları bir az da sadalamaq olar. İstər Qarabağ və Şərqi Zəngəzurda aparılan işlərlə, istər qaz ixracı potensialımızı gerçəkləşdirmək istiqamətində Avropa ölkələri ilə əldə olunan razılıqlar və s. ilə bağlı nailiyyətlər də bura daxildir.
Yeri gəlmişkən, işğaldan azad etdiyimiz ərazilərimizdə yenidənqurma və bərpa işlərinə indiyədək dövlət büdcəsindən 7 milyard dollar xərclənib, bu il daha 2,4 milyard dollar sərf ediləcək.
2024-cü ildə əhalini düşündürən əsas suallar budur ki, inflyasiya və bahalaşma səngiməkdə davam edəcəkmi? Əmək haqqları və pensiyalar artırılacaqmı? İqtisadiyyat böyüyəcəkmi? Neftin dünya bazar qiymətləri ölkəmiz üçün mənfi sürprizlər yaratmayacaq ki?
Proqnozlar belədir:
1. İl ərzində ucuzlaşma gözlənilməsə də ciddi bahalaşma və kəskin inflyasiya da baş verməməlidir;
2. Əhalinin sosial müdafiəsi istiqamətində genişmiqyaslı artımlar nəzərdə tutulmayıb;
3. Neftin qiyməti, ümumiyyətlə, hər hansı xarici təsirlər şok yaratmayacaq;
4. Ötən ildəkindən daha çox iqtisadi artım əldə olunacaq.
Pərviz Heydərov
AzVision.az 

Sosial       Tarix: 09 yanvar 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü


son xeberler yeni xeberler azerbaycan xeberleri metbuat sonxəbər son xeberler bu gun bugünki xəbərlər