25 mindən çox yoluxmanın olduğu ölkə karantini ləğv edir
25 mindən çox insanın koronavirusa yoluxduğu Portuqaliyada pandemiyaya qarşı elan olunan qabaqlayıcı tədbirlər yumşaldılır.
Publika.az xəbər verir ki, 19 martdan bəri fövqəladə vəziyyət şəraitində olan ölkədə 4 maydan sonra mərhələli şəkildə qadağalar aradan qaldırılacaq.
Baş nazir Antonio Kosta mətbuata verdiyi açıqlamada iqtisadi və sosial həyatın normallaşmaya keçidi üçün plan hazırladıqlarını deyib. Plan çərçivəsində 200 metr böyüklüyündə olan mağazalar və gözəllik salonları, kitabxanalar açılacaq. Lakin maska və dezinfeksiya vasitələrindən istifadə məcburi olacaq. Gələn həftədən park və bağlar əhalininin ziyarətinə açılacaq. Bəzi idman salonları və məkanları məhdud şəkildə istifadəyə veriləcək.
İctimai nəqliyyatda maska taxmayanlar 350 avro cərimə ödəməli olacaq.
18 mayda planın ikinci mərhələsinə keçid olunacaq və bu çərçivədə 400 metr sahəsi olan iş yerləri, kafelər, bağçalar, gimnastika salonları, film və teatrlar fəaliyyətə başlayacaq.
11 və 12-ci sinif şagirdləri maska taxmaq şərtilə və qatı məhdudiyyətlər çərçivəsində dərsə davam edə biləcəklər.
Üçüncü mərhələdə 1 və 2-ci futbol liqaları öz işinə başlayacaq. İyunun əvvəlində hotel və çimərliklərin, dini ibadətgahların açılmasına, yas mərasimlərinin keçirilməsinə qismən icazə veriləcək.
Son rəqəmlərə görə, Portuqaliyada 985 nəfər koronavirusdan ölüb.
Zümrüd
Xidmetler [newsid: 0-123300]

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Rəsmi Bakıdan 20 Sentyabr mesajı: "...əbədidir"
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
Neft həftəni bu qiymətlə başladı
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - Fotolar
Zaur Kamalın səhhətində problem yarandı
Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il keçir
20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəldi