28 May'da pulla dolu çantanı aparan şəxs kameraya düşdü - VİDEO
Paytaxt ərazisində metronun "28 May" stansiyasının yaxınlığında vətəndaş Elbrus Umudova qarşı soyğunçuluq edilib.
DİN-dən verilən məlumata görə, naməlum şəxs onun içərisində 23 min manat olan çantasını soyğunçuluq yolu ilə əldə edərək hadisə yerindən qaçıb. Zərərçəkən hadisə barədə polisə məlumat verən kimi cinayəti törədən şəxsin axtarışlarına başlanılıb.
Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən "isti" izlərlə həyata keçirilən əməliyyat nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən Abşeron rayon sakini Abbas Əkbərov tutularaq istintaqa təqdim edilib. Onun üzərində axtarış aparılan zaman cinayət yolu ilə əldə etdiyi pul vəsaitlərinin bir hissəsi və 3 büküm şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitə heroin aşkar olunaraq götürülüb.
Abbas Əkbərovun soyğuçuluq edəndən sonra hadisə yerindən yayınması ərazidə olan təhlükəsizlik kameraları vasitəsi ilə də görüntülənib.
Hadisə ilə bağlı Dəmiryolu Nəqliyyatında Polis İdarəsində araşdırmalar davam etdirilir. Abbas Əkbərovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki səhifələrinə məlumat verə bilərlər.
Xidmetler [newsid: 0-123300]

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var