3 aylıq kursa gedib psixoloq olanların kitabı bağlanır: 'İnsanları aldatdıqlarına görə cəzalanmalıdırlar

3 aylıq kursa gedib psixoloq olanların kitabı bağlanır: 'İnsanları aldatdıqlarına görə cəzalanmalıdırlarSon illərdə hər kəsin diqqətini çəkən və çox geniş yayılan işlərdən biri də psixoloq xidmətləridir. İstifadə etdiyimiz bütün sosial şəbəkələrdə bu şəxslərin reklamı ilə qarşılaşa bilirik. Lakin araşdıran zaman bəlli olur ki, psixoloqların bəzilərinin bu ixtisasla yaxından-uzaqdan əlaqəsi yoxdur. "Bu işdə qazanc çoxdur" düşüncəsi ilə 3-6 aylıq kurslarla özlərini "psixoloq" adlandırmağa çalışırlar. Həmin şəxslərə inanıb, problemini danışan pasiyentlər də az deyil. Belə insanlar da zaman keçdikcə daha çox aqressivləşir və ona lazım olan problemin həllini tapa bilmirlər. Diplomsuz işləyən psixoloqlara qarşı aidiyyəti qurumların da vaxtaşırı reaksiyalarına rast gəlirik. 
Bu yaxınlarda Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi açıqlamasında bildirib ki, psixoloji yardım özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərə aid olmadığından bu müəssisələrə nəzarət Analitik Ekspertiza Mərkəzinin səlahiyyət çərçivəsinə daxil deyil.
Faktdır ki, nəzəri biliklərsiz təcrübə peşəkarlıq göstəricisi ola bilməz. Ona görə təhsil vacibdir. Belə ki, indi psixoloji xidmət göstərən mərkəzlərdə ixtisaslı psixoloq tapmaq çətindir.
3 aylıq kursa gedib psixoloq olanların kitabı bağlanır: 'İnsanları aldatdıqlarına görə cəzalanmalıdırlarSözügedən mövzü ilə bağlı azxeber.com-a danışan təhsil eksperti Elşən Qafarov hesab edir ki, psixoloqlar mütləq sertifikasiyadan keçirilməlidir:
"Məktəblərdə psixoloq seçimi Nazirlər Kabinetinin 27 fevral 2020-ci il tarixli 70 nömrəli qərarı ilə uşaqların sayına görə aparılır. Məktəblərdə psixoloq ştatı yoxdur, ancaq liseylərdə, tam orta və gimnaziyalarda psixoloq ştatı var. Son illər imtahanla işə qəbul olunanlar psixologiya üzrə təhsil alanlardır. Vaxtilə məktəblərdə dərs saatı az olub, psixoloq ştatını ələ keçirmək istəyənlər 6 aylıq kursla psixoloq ixtisasına yiyələniblər. Son iki ildə ölkə üzrə məktəb psixoloqların işə qəbulu prosesi imtahan vasitəsilə həyata keçirilir. Onların qarşısına şərt qoyulur ki, baza təhsili Psixologiya üzrə olsun. Bununla da ixstisasını dəyişib, psixologiyaya gələnlərin sayı azalıb. Hazırda sistemdə ixtisasını dəyişib psixoloq olan şəxslər var. Düşünürəm ki, psixoloqların sertifikatlaşdırılmasının artıq vaxtıdır. Eyni zamanda məktəblərdə psixoloq kabinetinin olması artıq şərt olmalıdır. O cümlədən həmin otaqlar bütün avadanlıqlarla təmin olunmalıldır. Ölkə məktəblərində olan psixoloqların heç biri müvafiq avadanlıqlarla təmin edilməyib. Psixoloqların sertifikatlaşdırılmasına diqqət edilməlidir. Məktəb psixoloqlarının aldığı aylıq məvacib çox aşağıdır, bunun artırılması istiqamətində müəyyən addımlar atılmalıdır".
3 aylıq kursa gedib psixoloq olanların kitabı bağlanır: 'İnsanları aldatdıqlarına görə cəzalanmalıdırlarTanınmış psixoloq Gülnar Orucova azxeber.com-a açıqlamasında bildirib ki, ölkədə hazırda kifayət qədər təcrübəsiz "psixoloq" fəaliyyət göstərir:
"Hər dönəmin özünün xüsusi peşələri olur. Məsələn, illər öncə sovetin dövründə rus dili müəllimi olmaq böyük peşə sayılırdı. İllər dəyişdi, artıq ingilis dili müəllimliyi, bir az da keçəndən sonra Azərbaycanda xəstə uşaqların sayı artdıqca, psixoloqlar və loqopedlər çox yaxşı pul qazanmağa başlayır, bundan sonra da bir çox insanlar psixoloq və ya loqoped olmağa başladı. İxtisası psixoloq, loqoped olmayan insanlar bəzi şirkətlər tərəfindən verilən 3 aylıq sertifikatları ilə xidmət göstərirlər. Biri var dövlət tərəfindən baza təhsili alırsan və dövlət sənə bu buna icazə verir ki, gedib çalışasan, biri də var ki, sənin təhsilini hər hansısa bir şirkət verir.
Türkiyədə son zamanlarda "Yaşam Koçu" adlı bir sahə açılıb buraya 450 azn verirlər, təlim alırlar, bundan sonra da özlərini "psixoloq" adlandırırlar. Bundan sonra həmin adamlar sosial media hesabları ilə reklam verərək öz səhifələrini, özlərini tanıdırlar, özlərinə ofis açırlar və insanları cəlb edirlər. 3 aylıq kurs keçənlər şükürlü olub, bir günlük həvəslə özünü psixoloq adlandıranlar da var. Onlarla bağlı ölçü götürülmür. Ölçü götürülmədikcə bu hallar daha da çoxalır. Bəziləri insanları, dövləti aldatdığına görə cəza almalıdır. Təəssüf ki, heç bir qurum bu şəxslərə nəzarət etmir.
Bir müddət öncə TƏBİB elan etdi ki, psixoloqlara ehtiyac var, müraciət etməyə adam yox idi, müharibə vaxtı getdilər xaricdən psixoloqlar gətirdilər. Bu qədər psixoloqun olduğu ölkədə yaşayırıqsa, TƏBİB niyə psixoloq axtarır? Niyə biz xaricdən psixoloq gətiririk? Çünki bizdə bu qədər psixoloq yoxdur. Çünki hər yerindən duran psixoloq olmağa qərar verir. Psixoloqların ali təhsil alması mütləqdir. Ali təhsili olmayan psixoloqlar onların yanına gələn pasientlərin əsl şikayətlərinin mənbəyini bilmədikləri üçün yanlış müalicə üsulları tətbiq etmiş olurlar".
Ayşən Mirzəyeva

Sosial       Tarix: 05 dekabr 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki


yeni xeberler son xeberler azerbaycan xeberleri en son xeberler son xeber cəbhədən son xəbər dunya xeberleri