3 qurum MİDA ilə bağlı birgə məlumat yaydı

3 qurum MİDA ilə bağlı birgə məlumat yaydıDövlət Təhlükəsizliyi Xidməti, Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ("ASAN Xidmət") "Güzəştli mənzil" sistemi vasitəsilə mənzil seçiminin təşkili prosesində Elektron Hökumətin İnkişafı Mərkəzinin "ASAN Login" sisteminə kiberhücumla bağlı aparılan araşdırmalara dair birgə məlumat yayıb.
azxeber.com xəbər verir ki, məlumatda deyilir:
Daha əvvəl məlumat verildiyi kimi, Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi - Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində 815 mənzilin 15.09.2022-ci il tarixində seçim prosesi başlamazdan öncə dövlət orqanlarının informasiya sistemlərinə kiber müdaxilələrin edildiyi təsbit olunmuş, seçim prosesinin vaxtı təxirə salınmış və faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində cinayət işi başlanılmışdır.
İbtidai istintaqla müəyyən edilmişdir ki, Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Yasamal Yaşayış kompleksinin ikinci mərhələsində mənzil seçimi prosesinin həyata keçirilməsi üçün "Güzəştli mənzil" sisteminə girişi təmin edən Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "Elektron Hökumətin İnkişafı Mərkəzi" publik hüquqi şəxsin nəzdində fəaliyyət göstərən ASAN Login vahid giriş sisteminə Bakı vaxtı ilə 10:38-dən 10:53-dək müxtəlif ölkələrə məxsus IP ünvanlardan törədilmiş DDOS - yəni paylanılmış xidmətdən imtina hücumu formasında kibermüdaxilə nəticəsində əlaqəli şəkildə fəaliyyət göstərən ASAN Login vahid giriş sisteminə məxsus kompüter sistemlərinin işləməsinə qəsdən ciddi maneə yaradılmış, seçim prosesinə müdaxilənin qarşısının alınması üçün proses dayandırılmışdır.
Araşdırmalar zamanı cinayət əməllərinin texniki izləri aşkar edilib rəsmiləşdirilərək götürülmüş, kiberhücumların ümumilikdə 11 ölkəyə məxsus 47 IP ünvanından həyata keçirildiyi müəyyən edilmişdir.
"Kibercinayətkarlıq haqqında" Budapeşt Konvensiyası üzrə təxirəsalınmaz prosedur tədbirlər yerinə yetirilərək kiberhücumun həyata keçirildiyi IP ünvanların aid olduğu ölkələrə edilmiş müraciətlər əsasında IP məlumatlarının mühafizə olunması üçün tədbirlər görülməsi barədə zəmanət alınmış, kiberhücumların ümumi mənbəyinin müəyyən edilməsi üçün təsdiq edilmiş ilkin məlumatlar əsasında IP ünvanlara dair abunə və trafik məlumatlarının götürülməsi və həmin məlumatlardan irəli gələn istintaq hərəkətlərinin aparılması üçün aidiyyəti ölkələrə müvafiq məhkəmə qərarları əsasında "Cinayət işi üzrə qarşılıqlı hüquqi yardım" sorğuları ünvanlanmış, zəruri kommunikasiya, istintaq-əməliyyat və əməliyyat-texniki tədbirlər həyata keçirilməkdədir.
Eyni zamanda qeyd edilir ki, aidiyyəti dövlət orqanları ilə birgə qeyd olunan kiberhücum kanalları tam təsbit edilərək bloklanmaqla yanaşı, mənzillərin təxirə salınmış güzəştlə seçimi prosesinin gücləndirilmiş təhlükəsizlik şərtlərinin təmin edildiyi şəraitdə təşkili və keçirilməsi üçün zəruri tədbirlər görülmüşdür.
Təxirə salınmış mənzil seçimi prosesinin 24.09.2022-ci il tarixində saat 15:00-da keçirilməsi qərara alınmışdır.

Sosial       Tarix: 24 sentyabr 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti


yeni xeberler azerbaycan xeberleri son xeberler son xabarlar valyuta məzənnələri futbol xeberleri xeberler bugun