34 yaşlı Səlmaya 34 il həbs cəzası – SƏBƏB

34 yaşlı Səlmaya 34 il həbs cəzası – SƏBƏBBöyük Britaniyada elmi fəaliyyətlə məşğul olan Səlma əş-Şəhab tviterdə müxalifləri izlədiyinə və fikirlərini paylaşdığına görə Səudiyyə Ərəbistanında həbs edilib.
KONKRET.az Teleqraf.com-a istinadən xəbər verir ki, iki uşaq anası 34 yaşlı Səlma əş-Şəhab ilk dəfə 2020-ci ildə Səudiyyə Ərəbistanına tətilə gəlib.
Ölkəyə gəldikdən sonra aidiyyəti qurumlar tərəfindən dindirilən qadın tvitlərinə görə həbs edilib və mühakimə olunub.
Səlma "ictimai iğtişaşlara səbəb olan, mülki və milli təhlükəsizliyi pozan" veb-saytdan istifadə etdiyinə görə 3 il müddətinə azadlıqdan məhrum edilib.
Əş-Şəhabın etirazından sonra Apellyasiya Məhkəməsi digər "cinayətlər"in də araşdırılmasını tələb edib və qadının cəzasını 34 ilə çatdırıb.
Məhkəmə sənədlərində deyilir ki, Şəhab "ictimai iğtişaş və qeyri-sabitlik axtaranlar"a onların Tvitter hesablarını izləməklə və tvitlərini retvit etməklə kömək edib. Amma qadının sosial şəbəkə hesabları araşdırıldıqdan sonra heç bir tanınmış müxalifi izləmədiyi məlum olub.
İnstaqramda cəmi 159 izləyicisi olan Səlma özünü diş gigiyenası mütəxəssisi, tibb müəllimi, Lids Universitetinin doktorantı, Şahzadə Nur bint Əbdülrəhman Universitetinin müəllimi, həyat yoldaşı və oğul anası kimi təqdim edir. Qadın 2 597 izləyicisi olan Tvitter hesabında mühacirətdə yaşayan səudiyyəli müxaliflərin paylaşımlarını vaxtaşırı retvit edib.

Hadisə       Tarix: 18 avqust 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı

Biləsuvar rayonunda əlverişsiz hava şəraiti elektrik enerjisinin verilişində fasiləyə səbəb olub. xəbər verir ki, ildırım elektrik dayağının izolyatorunu vurub. Nəticədə elektrik təchizatında yaranan problem səbəbindən rayonu

Bakıda yaşayış binasında uçqun

Bakı şəhəri, Nərimanov rayonunda yerləşən binada uçqun baş verib. -ınəldə etdiyi məlumata görə, hadisə bu gün saat 17:40-da Nazim Hacıyev küçəsində qeydə alınıb. Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanı

Xalidə Gözəl vəfat etdi

Əməkdar artist Xalidə Gözəl (Əhmədova) vəfat edib. xəbər verir ki, bu haqda məlumatı aparıcı Elgiz Əkbər yayıb. O bildirib ki, diktor bu gün dünyasını dəyişib. Allah rəhmət eləsin!

Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."

13 il əvvəl Qərb Universitetinin tələbəsi Vüsal Şilderin qətlini sifariş verməkdə ittiham olunan Xəyal Əli-Zadənin məhkəmə araşdırması davam edir. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasd

43 yaşlı qadın boğularaq öldürüldü: qohumu saxlanıldı

Siyəzən rayonunda 43 yaşlı qadın boğularaq öldürülüb. KONKRET.azxəbər verir ki, Siyəzən rayonunun Böyük Həmyə kənd sakini, 45 yaşlı Naqil Səmədağa oğlu Ağamalıyev qohumu, 43 yaşlı Xəyalə Muradağa qızı Ağamalıyevanı Siyəzə

Qara dənizdə hücuma məruz qalan gəmidəki azərbaycanlıların aqibəti bəlli oldu - Rəsmi

Rumıniya sahilləri yaxınlığında göyərtəsində Azərbaycan vətəndaşlarının da olduğu gəminin vurulması zamanı azərbaycanlıların hamısı xilas edilib. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti idarəsini

BMV VAZ-la toqquşdu: 1 ölü, 4 yaralı

Salyanda yol qəzası baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Qırxçıraq kəndi ərazisində qeydə alınıb. BMV və VAZ markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb, 4 nəfər – Neftçala rayon sakinlər

İmran Əliyevə 12 il iş istənildi

"Məclis.info" saytının rəhbəri İmran Əliyev, ictimai fəal Elgiz Qəhrəman və Tamella Musayevanın cinayət iş üzrə məhkəmənin növbəti prosesi keçirilib. xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində haki

Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR

Əhmədlidə yerləşən kafelərin birində baş vermiş kütləvi dava-dalaş və qətl hadisəsi ilə bağlı saxlanılan şəxslər Xətai Rayon Məhkəməsinə gətiriliblər. xəbər verir ki, bununla bağlı "Real TV" görüntülər yayımlayıb


azerbaycan xeberleri son xeberler yeni xeberler valyuta mezennesi 2026 apa.az xeberler şou biznes xəbərləri qarabag