3400 abonent qazsız qalacaq - XƏBƏRDARLIQ
Mayın 29-30-da Masallı rayonunun bəzi kəndlərində qazın verilişi dayandırılacaq.
"Azəriqaz" İstehsalat Birliyindən verilən məlumata görə, bu fasilə qaz xətlərində aparılacaq təmir və yeni xəttin qoşulması işləri ilə əlaqədardır.
Mayın 29-da saat 10:00-dan başlayaraq Qəzvinoba kəndində aparılan təmir səbəbindən "Tüklə" qazpaylayıcı stansiyasından qidalanan Boradigah qəsəbəsi, Bədəlan, Babaser kəndləri və Türkoba kəndinin bir hissəsində ümumilikdə 2 700 abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.
Mayın 30-da isə Qəriblər kəndində yeni çəkilmiş qaz xəttinin qoşulması səbəbindən Qəriblər, İsilər və Məmmədrzaküçə kəndlərində yaşayan 700 abonent saat 10:00-dan etibarən qazsız qalacaq. Hər iki halda qazın verilişi işlər başa çatdıqdan sonra bərpa olunacaq. / azxeber.com

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Sabah" Prezidentin ayırdığı pulu belə xərcləyəcək
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
Premyer Liqada turun yekunu: iki gərgin qarşılaşma