36 ölkə müraciət etdi: Borclar ertələnsin
Hazırda G20 qrupuna sədrlik edən Səudiyyə Ərəbistanının Maliyyə Nazirliyi bildirib ki, COVID-19 pandemiyasına qarşı mübarizə və iqtisadiyyatın dirçəldilməsi məqsədilə 36 ölkə borclarının ertələnməsi üçün bu təşkilatın katibliyinə müraciət edib. Krallığın Maliyyə naziri bu məlumatı G20 ölkələrinin maliyyə məsələləri üzrə işçi qrupunun virtual iclasında verib.
Publika.az xəbər verir ki, G20 ölkələri qrupunun nəzdində yaradılmış Borc Xidmətlərinin Dayandırılması Təşəbbüsü (DSSI) ağır sosial-iqtisadi vəziyyətə düşmüş ölkələrə təcili yardım göstərilməsi məqsədilə artıq 14 milyard dollar həcmində vəsait ayırıb. Qeyd olunub ki, BMT-nin də müraciətinə uyğun olaraq, Afrika ölkələrinin dövlət borclarının ertələnməsi prioritet vəzifədir.
Səudiyyə Ərəbistanı G20-nin sədri kimi BMT-nin təşəbbüsü ilə keçirilən "COVID-19 pandemiyası dövründə və sonra inkişafın maliyyələşdirilməsi" adlı virtual iclasda da pandemiyadan sonra qlobal iqtisadiyyatın dirçəldilməsi, maliyyə problemlərinin həlli məsələlərinin müzakirəsində iştirak edib. Krallığın Maliyyə naziri Məhəmməd əl-Cədaan bildirib ki, onun ölkəsi bu məqsədlə beynəlxalq təşkilatlara 500 milyon dollar ayırıb. O əlavə edib ki, pandemiya ilə mübarizəyə əlavə 8 milyard dollar vəsait tələb olunur. Əl-Cədaan varlı ölkələri bu ağır vəziyyətdə Afrika və Latın Amerikası dövlətlərinə yardım etməyə çağırıb.

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Rəsmi Bakıdan 20 Sentyabr mesajı: "...əbədidir"
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
Neft həftəni bu qiymətlə başladı
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - Fotolar
Zaur Kamalın səhhətində problem yarandı
Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il keçir
20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəldi