39 yaşlı kişinin yeddinci arvadını bıçaqlamasının yeni DETALLARI - VİDEO
Kürdəmirin Topallı kəndində ailə münaqişəsi səbəbindən 39 yaşlı kişinin bıçaqladığı 62 yaşlı qadın hadisənin necə baş verməsindən danışıb.
Xəzər TV-yə danışan 62 yaşlı Kifayət Məmmədova hadisənin səhər saatlarında baş verdiyini bildirib.
"Səhər qapını açdıq ki, çölə çıxaq. Gördüm ki, qız qışqırdı. Mən çatanda Hikmət onu yerə yıxıb başını kəsmək istəyirdi. Özümü Nargilənin üstünə atdım, Hikmət elə bildi qızın boynudu və mənim ayağımı kəsdi", - deyə K.Məmmədova qeyd edib.
Qeyd edək ki, Lənkəran rayon sakini, 39 yaşlı Hikmət Əhədov əvvəlcə ondan ayrılmaq istəyən 24 yaşlı həyat yoldaşı Nargilə Əkbərovaya, sonra onun 62 yaşlı nənəsinə, daha sonra isə özünə ağır bıçaq xəsarəti yetirib. Hər 3 yaralı Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Məlum olub ki, Nargilə Əkbərova 3 gün əvvəl Kürdəmirin Topalhəsənli kəndində yaşayan nənəsi Kifayət Məmmədovanın evinə qonaq gəlib. Daha sonra 3 ay əvvəl ayrıldığı həyat yoldaşı Hikmət Əhədov Nargilə Əkbərovanı geri qaytarmaq məqsədilə həmin evə gəlib.
İddiaya görə, Hikmət Əhədov əvvəllər 6 dəfə ailəli olub. O, 5 ay əvvəl Bakıda Ağsu rayon sakini olan Nargilə Əkbərova ilə tanış olub və onlar ailə qurublar. Lakin 2 ay sonra Nargilə Əkbərova Hikmətdən ayrılaraq Bakıdan Ağsunun Ərəbmehdibəy kəndinə - anasıgilə qaçıb. Bu müddət ərzində Hikmət onu axtarıb və Nargilənin daha sonra Kürdəmirin Topalhəsənli kəndində nənəsigildə qaldığını öyrənib. Kürdəmirə gələn Hikmət Əhədov onların yaşadığı evi tapıb və ötən gecə mənzilə basqın edərək Nargilə ilə nənəsini bıçaqlayıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Daha ətraflı süjetdə:

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var