4 güləşçimiz Xorvatiyada bürünc medal uğrunda yarışacaq

4 güləşçimiz Xorvatiyada bürünc medal uğrunda yarışacaqXorvatiyada güləş üzrə "Zaqreb Open" turnirinə start verilib.
Azərbaycan Güləş Federasiyasından KONKRET.az-a verilən məlumata görə, yarışın ilk günündə Azərbaycanın 7 sərbəst güləşçisi xalça üzərinə çıxıb.
İslam Bazarqanov (57 kiloqram) ilk mərhələdə çinli Veiyu Liyə (6:1) qalib gəlsə də, 1/4 finalda gürcüstanlı Roberti Dinqaşviliyə minimal fərqlə məğlub olub – 4:5
61 kiloqram çəki dərəcəsində Əliabbas Rzazadə 1/4 finalda Maykl Makqiyə (5:4), Nürəddin Novruzov isə gürcüstanlı Giorgi Qoniaşviliyə (10:6) qalib gəlib. Yarımfinalda Rzazadə monqolustanlı Bexbayar Erdenebata (0:5), Novruzov isə ukraynalı Andrey Celepə (8:10) məğlub olub. Hər iki Azərbaycan güləşçisi bürünc medal uğrunda güləşəcək.
Zirəddin Bayramov (65 kiloqram) təsnifat mərhələsində italiyalı Kolin Realbutoya (7:2) qalib gəlsə də, 1/8 finalda amerikalı Jozef Makennaya uduzub – 0:11.
Cəbrayıl Qadjiyev (74 kiloqram) rumıniyalı Kriştian Biro (6:2), türkiyəli Yakup Gör (4:3) və amerikalı Kuinsi Mandi (5:4) üzərində qələbə qazanaraq yarımfinala yüksəlib. Finalın bir addımlığında iranlı Hüseyn Abuzaripaşkolayiyə 3:10 hesabı ilə uduzan C.Qadjıyev bürünc medal uğrunda güləşəcək.
86 kiloqramda Arseni Djioyev macarıstanlı Vida Çaba (10:0) və türkiyəli Osman Göçeni (10:6) mübarizədən kənarlaşdırsa da, 1/4 finalda bolqarıstanlı Maqomed Ramazanova məğlub olub – 1:5. Təsəlliverici görüşdə amerikalı Maksvel Dini 8:3 hesabı ilə üstələyən Djioyev bürünc medal uğrunda güləşəcək. Bu çəkidəki digər təmsilçimiz Osman Nurmaqomedov 1/8 finalda amerikalı Çandler Marstellerə uduzub – 1:3.
Qeyd edək ki, yanvarın 14-dək davam edəcək "Zaqreb Open" turnirində Azərbaycanı ümumilikdə 26 güləşçi təmsil edir.

İdman       Tarix: 11 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

"Barselona" rekord qırdı

"Sabah" futbol klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi "Barselona" cari mövsümdə qazandığı nəticələrlə diqqət çəkib. xəbər verir ki, Kataloniya klubunun rəsmi saytının məlumatın

"Sabah" bu gün "Slaviya" ilə üz-üzə gələcək

"Sabah" komandasnın əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək. bildirir ki, Azərbaycan təmsilçisi Çexiyanın "Slaviya" kollektivi ilə üz-üzə gələcək. Qarşılaşma Bakı Olimpiya Stadionun, saat 20:45-d

"Real"ın oyunu azərbaycanlı referiyə tapşırıldı

Azərbaycanın FİFA referisi Kamal Umudlu UEFA-dan yeni təyinat alıb. AFFA-dan -a verilən məlumata görə, o, Gənclər Liqasının liqa mərhələsində keçiriləcək "Roma" (İtaliya) – "Real Madrid" (İspaniya) oyunun

7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb. xəbər verir ki, bu barədə AMADA-dan məlumat verilib. Bildirilib ki, idmançı tərəfindən məkan məlumatı pozuntusu aşkarlanıb

Jesusdan Ronaldoya 3 cümlə ilə cavab

Portuqaliya millisinin baş məşqçisi Jorje Jesus komandanın ulduz futbolçusu Kristiano Ronaldonun qalmaqallı bəyanatına münasibət bildirib. -a istinadla xəbər verir ki, təcrübəli mütəxəssis hücumçunun açıqlamasına olduqc

Məşhur futbolçu 40 yaşında karyerasını bərpa etdi

Futbol üzrə İspaniya millisinin heyətində dünya çempionu olan yarımmüdafiəçi David Silva karyerasını bərpa edib. O, Honkonq Premyer Liqasında çıxış edən "Satxin" klubu ilə müqavilə bağlayıb. KONKRET.azoxuaz-a istinadə

"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq

İspaniyanın "Barselona" klubunun futbolçusu Rafinya komandanın qarşıdakı iki oyununda iştirak etməyəcək. xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Hans-Diter Flik mətbuat konfransında məlumat verib. 29 yaşl

Eşitmə məhdudiyyətli idmançımızdan yunan-Roma kubokunda mühüm qələbə

Belarusda eşitmə məhdudiyyətli kişilər arasında yunan-Roma və sərbəst güləş üzrə keçirilən Açıq Kubokda Azərbaycan idmançısı Qəmbər Türbətzadə bürünc medal qazanıb. xəbər verir ki, 72 kq çəki dərəcəsində mübarizə aparan güləşçimi

Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə - Ronaldo

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun və Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo özünü futbol tarixinin ən yaxşı oyunçusu hesab edir. -a istinadla xəbər verir ki, 41 yaşlı futbolçu "CNN Portugal"


son xeberler azerbaycan xeberleri yeni xeberler xeberlər en son xeberler son xeberler bu gun cəbhədən video