"4 mövsüm Qrız" layihəsi başa çatdı: Biznes planların hazırlanmasına dəstək göstərildi

Dövlət Turizm Agentliyinin dəstəyi ilə həyata keçirilən və "Alternativ" Kommunikasiya və Tədqiqatlar İctimai Birliyi tərəfindən icra olunan "4 mövsüm Qrız" layihəsi uğurla yekunlaşdı. Quba rayonunun Qrız kəndində həyata keçirilən layihənin sonuncu təlimində qadın iştirakçılar üçün aqroturizm mövzusunda praktiki biliklər təqdim olundu, turizm yönümlü biznesin əsasları izah edildi. Layihə rəhbəri, "Alternativ" Kommunikasiya və Tədqiqatlar İctimai Birliyinin sədr müavini Jalə Quliyeva layihənin bölgədə dayanıqlı turizm və qadın təşəbbüskarlığının inkişafına xidmət etdiyini bildirdi: "Bu layihə ilə biz Qrız kəndində qadınların turizm sahəsində fəallaşmasını və öz kiçik bizneslərini qurmaq imkanlarını dəstəklədik. Layihə ərzində yerli resurslara əsaslanan, dörd mövsüm davamlı ola biləcək turizm fəaliyyətlərinə fokuslandıq".
Quba Regional Turizm İdarəsinin baş mütəxəssisi Azər Səfərov bölgənin turizm potensialına diqqət çəkərək qeyd etdi: "Qrız kəndi təkcə təbiəti ilə deyil, həm də yerli icmanın fəallığı ilə seçilir. Bu cür layihələr sayəsində yerli əhalinin, xüsusilə də qadınların turizm sahəsinə cəlb olunması, onların bu sahədə bilik və bacarıqlarla təmin edilməsi uzunmüddətli inkişaf üçün vacib şərtlərdən biridir".
Tədbirdə təlimçi, turizm üzrə mütəxəssis Vüqar Dərgahov aqroturizm fəaliyyətlərinin biznes yönümlü təşkili barədə iştirakçılara ətraflı məlumat verdi: "Aqroturizm təkcə fermerlik deyil, bu, kənd həyatını və yerli mədəniyyəti turizm məhsuluna çevirməkdir. Qrız kəndi bu baxımdan çox unikal imkanlara sahibdir və düzgün planlama ilə bu imkanlar gəlirli fəaliyyət sahəsinə çevrilə bilər". 
Vüqar Dərgahovun təqdimatında "Qrız kəndində aqroturizm fəaliyyətlərinin biznes planı" mövzusunda təlimdə iştirakçılar biznes planlaşdırma mərhələləri, məhsul seçimi, qiymət formalaşdırılması, xidmət keyfiyyəti və bazara çıxış yolları barədə məlumatlandırıldılar. Təlim iştirakçılarına biznes planların hazırlanmasına dəstək göstərildi. Sessiya sonunda sual-cavab və müzakirələr aparıldı, daha sonra iştirakçılara təlimdə iştirak etdiklərinə dair sertifikatlar təqdim olundu.
"4 mövsüm Qrız" layihəsi çərçivəsində 3 ay ərzində keçirilən təlimlər, praktiki sessiyalar və qadın yönümlü təşviq proqramları Qrız kəndində sosial-iqtisadi fəallığı artırmağa xidmət etdi. Layihənin nəticəsi olaraq yerli qadınlar turizm sahəsində ilkin biznes bilikləri əldə etdilər, kəndin turizm potensialı yerli icma üzvləri tərəfindən daha yaxından tanındı, aqroturizm, ekoturizm və etnoturizm sahələrində fəaliyyət imkanları araşdırıldı. Layihənin sonunda iştirakçılar qrup halında "4 mövsüm Qrız" adlı vahid brend adı altında turizm yönümlü təşəbbüslərini təqdim etdilər.
/ azxeber.com

Sosial       Tarix: 19 sentyabr 2025
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Neftin qiyməti 91 dolları ötdü

Dünya bazarlarında neftin qiyməti artım nümayiş etdirib. xəbər verir ki, "Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,65 dollar və ya 0,72 faiz bahalaşaraq 1 barel üçün 91,14 dollara çatıb

Göygöldə 32 yaşlı kişi bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib. xəbər verir ki, hadisə rayonun Hacıməlik kəndində qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü Elcan Həsənov bıçaqlanma diaqnozu ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib


azerbaycan xeberleri yeni xeberler son xeberler azerbaycanda son xeberler hava haqqinda ən son xəbər beynelxalq bank mezenne