44 idmançımızdan 8-i olimpiada ilə erkən vidalaşdı - SİYAHI

44 idmançımızdan 8-i olimpiada ilə erkən vidalaşdı - SİYAHIAzərbaycan idmançıları Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Bu gün 44 təmsilçidən 10-u yarışa qoşulub.
Boksçulardan Tayfur Əliyev (57 kq) vyetnamlı Nquyen van Duonqa 2:3, Rio-2016 Yay Olimpiya Oyunlarının gümüş medalçısı Lorenso Sotomayor (69 kq) isə gürcüstanlı Əsgərxan Madiyevə qaşından qan açıldığı üçün hakimlərin qərarı ilə uduzub. Yalnız Məhəmməd Abdullayev (+91 kq) 1/16 final görüşündən qalib ayrılmağı bacarıb. O, bəhreynli Denis Latıpovu 3:1 hesabı ilə yenib. Abdullayev iyulun 29-da keçiriləcək 1/8 final görüşündə özbəkistanlı dünya və 3 qat Asiya çempionu Baxodir Jalolovla qarşılaşacaq.
Cüdoçulardan Kəramət Hüseynov (60 kq) mübarizəyə böyük britaniyalı Eşli Makkenzi üzərində qələbə ilə başlasa da, 1/8 finalda gürcüstanlı Luxumi Çxvimianiyə uduzaraq, mübarizəni dayandırıb. Aişə Qurbanlı (48 kq) isə elə ilk görüşdəcə portuqaliyalı Katarina Koştaya yenilib və yarışla vidalaşıb.
Kişi üzgüçü Maksim Şemberev 400 metr məsafəyə qarışıq üzmədə 4 dəqiqə 19,40 saniyə nəticə ilə 26-cı, qadın üzgüçü Məryəm Şeyxəlizadə Xangah 100 metr məsafəyə batterflayda 1 dəqiqə 1,37 saniyə göstərici ilə 30-cu olub. Nəticədə onlar növbəti mərhələyə yüksələ bilməyiblər.
Velosipedin şosse növündə Elçin Əsədov 130 iştirakçı arasında 234 km məsafə qət etməli olsa da, 110-cu km-dən sonra çıxışını başa vurub.
İdman gimnastı İvan Tixonov təsnifat mərhələsində ayrı-ayrı hərəkətlərin yekununda 80.298 xalla 45-ci yeri tutub. Tixonov fərdi çoxnövçülükdə "24-lüy"ə, fərdi hərəkətlərdə isə "8-liy"ə düşə bilmədiyi üçün final mərhələsindən kənarda qalıb.
Güllə atıcısı Ruslan Lunyov 10 metr məsafəyə kiçikçaplı tapançadan atəşaçma yarışının təsnifat mərhələsini 547 xalla 20-ci yerdə başa vurub və finala çıxa bilməyib. Lunyov 25 metr məsafəyə atəş açma yarışında da çıxış edəcək.
Beləliklə, Azərbaycan idmançılarından 8-i olimpiada ilə vidalaşıb. (report) /publika.az

İdman       Tarix: 24 iyul 2021
f Paylaş

Oxşar xəbərlər

Zidan Fransa millisinin baş məşqçisi olacaq

Didye Deşam Fransa millisinin baş məşqçisi vəzifəsindən gedir. . "Unikal"a istinadən xəbər verir ki, onun komanda ilə son oyunu 2026-cı il dünya çempionatında 3-cü və 4-cü yerlər uğrunda matç olacaq. Məlumata görə

Fransa millisi Zidana tapşırıldı

Zinəddin Zidan Fransa yığmasının baş məşqçisi postuna təyin edilib. Tərəflər arasında artıq uzunmüddətli anlaşma rəsmiləşdirilib. -a istinadən xəbər verir ki, bu məlumatı tanınmış idman jurnalisti və insayder Fabrisio Roman

"Qalatasaray" Barış Alper Yılmazla bağlı qərarını verdi

Türkiyə Superliqası təmsilçisi "Qalatasaray" futbol komandasının hücumçusu Barış Alper Yılmaz gələn mövsüm də komandada qalacaq. -ə istinadən bildirir ki, İstanbul klubunun rəhbərliyi Avropanın bir sıra komandalarını

DÇ-2026-nın final oyununu o idarə edəcək

Futbol üzrə dünya çempionatının final oyununu idarə edəcək hakim bəlli olub. xəbər verir ki, İspaniya – Argentina matçı sloveniyalı FIFA referisi Slavko Vinçiçə tapşırılıb. DÇ-2026-da Fransa və İngiltərə komandaları arasınd

İngiltərə 60 il sonra medal qazandı - Bu gün İspaniya - Argentina finalıdır

DÇ-2026-da üçüncü yer uğrunda oyun keçirilib. xəbər verir ki, bürünc medal uğrunda oyunda Fransa və İngiltərə milliləri üz-üzə gəlib. Qarşılaşma ABŞ-ın Mayami şəhərində yerləşən "Mayami Stadium"da oynanılıb. Gərgi

Anası stadion təmizləyir, o isə məşq edirdi... - İndi dünya çempionudur

İspaniya millisinin ulduzu Fabian Ruiz dünya çempionu olduqdan sonra təsirli həyat hekayəsi ilə gündəmə gəlib. xəbər verir ki, o, qızıl medal sevincini anası ilə birlikdə qeyd edib. Çünki anası Fabianın futbolçu olmasınd

Beşiktaş Salahla razılaşdı - Müqavilənin təfərrüatı

Beşiktaş "Liverpul"la müqaviləsi başa çatan Mohamed Salah ilə anlaşma əldə edib. Transferin rəsmiləşməsi gözlənilir. xəbər verir ki, Beşiktaş "Liverpul"dan ayrılan 34 yaşlı misirli ulduz Mohamed Sala

"Qarabağ"ın iştirak ərizəsi - Heyətdə dəyişiklik var

"Qarabağ" Avropa Liqasının 2-ci təsnifat mərhələsində ÇSKA (Bolqarıstan) ilə oyunlar üçün iştirak ərizəsini UEFA-ya göndərib. -a istinadla xəbər verir ki, "Vestri" (İslandiya) matçda olduğu kimi Joni Montie

Səudiyyə Ərəbistanının ev sahibliyi edəcəyi DÇ-2034 təxirə salına bilər

Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılan 2034-cü il futbol üzrə dünya çempionatı (DÇ-2034) 2035-ci ilə təxirə salına bilər. KONKRET.azxəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb. Buna səbə


son xeberler azerbaycan xeberleri yeni xeberler şou biznes xəbərləri siyaseti xeberler bugun cebheden xeber en son xeberleri