5 nəfərlik "aksiya": Tural Sadıqlı Bakının mərkəzində də rüsvay oldu

5 nəfərlik Bu gün Bakıda "Söyüdlü aksiyası" adı ilə toplantı təyin edilmişdi və aparılan təbliğat o yöndə idi ki, böyük mitinq olacaq. Gün gəldi, vədə yetişdi, təyin olunan yerdə cəmi beş nəfər iştirakçının olduğu nə aksiyaya, nə piketə oxşayan, ümumiyyətlə nəyəsə bənzəməyən bir şey oldu. Bir nəfər əlində smartfon çəkir, iki-üç nəfər də nəsə danışırdı və istisna deyil ki, onlar da elə yoldan keçən olub.
Bir qədər araşdırma anlamağa kifayət etdi ki, bu aksiyanın təşkilatçısı Avropada yaşayan, "Youtube"də "azad söz" adlı kanal işlədən Tural Sadıqlıdır. Bu şəxs gerçək üzünü zaman-zaman özü ifşa edib. Bir müddət əvvəl erməni diasporu ilə işlədiyini dolayısı ilə etiraf etmişdi, daha sonra İranın Azərbaycana qarşı terror siyasətində molla rejiminin tərəfdarı kimi çıxış edirdi. Tural Sadıqlı özünü "satışa" çxıardığını gizlətmir, kim pulunu verirsə, onların Azərbaycana qarşı oyununda "peşkalıq" edir.
KONKRET.az xəbər verir ki, Söyüdlü məsələsini də Tural Sadıqlı yeni "qazanc" mənbəyi olaraq görür və Avropda əyləşib Bakıda aksiya təyin edir. Özünü elə aparır ki, sanki bu, "ictimai-siyasi lider"dir, onun çoxminli elektoratı var və bir çağırışı ilə insanlar küçələrə çıxacaq. Yerin Fəvvarələr meydanına təyin edilməsi də bu ərazidə qələbəliyin olması ilə bağlıdır, planı belə idi ki, qələbəliyi də onun təyin etdiyi "aksiyanın" iştirakçısı kimi göstərəcək. Lakin cəmi beş nəfərin gəldiyi "aksiya" Tural Sadıqlının kamera qarşısında sərgilədiyi "performansını" gülüş obyektinə çevirdi.
Tural Sadıqlı deyirdi: "İndiyə qədər danışdıq, yazdıq, pislədik, indi real meydan var, hər kəsi meydanlara dəvət edirəm".
Avropada oturub Bakıda insanları meydana səsləyən bu "siyasətçi qırığı" hesab edirdi ki, onun səsinə səs verib "aksiya" keçirəcəklər. Kanalının rəy bölümündə əksəriyyəti feyk profildən gələn rəylərin sayına baxıb, özünü yeni "siyasi lideri", çoxsaylı elektoratı olan siyasətçi kimi qəbul edir. "Ac toyuq yuxuda darı görən" kimi Tural Sadıqlı da öz aləmində özünü xalqı meydanlara səsləyən lider kimi görür. Aksiya günü gələndə isə onun "meydanında" cəmi bir neçə nəfərdən başqa heç kim gözə dəymədi. Çünki Tural Sadıqlı kimilər Azərnbaycan xalqı üçün diqqətə belə alınmayacaq, beş-üç manata xalqını ermənilərə və mollalara satacaq qədər kiçik olan adamlardır.
Bu kiçik adam Avropada oturub özünü "böyük lider" kimi sırımağa cəhd edir, xalqı meydanlara səsləyir. Azərbaycan xalqı bu anti-milli ünsürləri elə aksiya təyin etdiyi Fəvvarələr meydanında biabır etdi, onun gerçək kimliyini göstərdi.
O da diqqətdən qaçmamalıdır ki, Tural Sadıqlının bu "aksiya təyinatı" hansısa problemi qabartmaq, kiməsə yaxşılıq etmək yox, sırf Avropada rahat həyatını təyin etmək üçün pul aldığı dairələrə "mən Azərbaycanda böyük adamam" demək üçün lazım idi. Amma Bakının mərkəzində – Fəvvarələr meydanında Tural Sadıqlının necə "adam" olduğu bir daha ortaya çıxdı. Tural Sadıqlı rüsvay oldu!

Hadisə       Tarix: 03 iyul 2023
f Paylaş

Oxşar xəbərlər

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı

Dağıstanın Sulak qəsəbəsi yaxınlığında, Xəzər dənizində batan ikinci balıqçının cəsədi dörd günlük axtarışlardan sonra tapılıb. xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat yayıb

Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var

Bu gün saat 16 radələrində paytaxtın Xətai rayonu Məhəmməd Hadi küçəsində yol-nəqliyyat hadisəsi baş verib. -ya istinadən xəbər verir ki, Əhmədli metrostansiyasının qarşısında "BMW" və "Hyundai" markal

Bakıda yaşayış binasında uçqun

Bakı şəhəri, Nərimanov rayonunda yerləşən binada uçqun baş verib. -ınəldə etdiyi məlumata görə, hadisə bu gün saat 17:40-da Nazim Hacıyev küçəsində qeydə alınıb. Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanı

Yaşayış binasında yanğın: sakinlər təxliyə olundu

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Mustafa Sübhi küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -a FHN-nin mətbuat xidmətində

Beyləqanda müəllim komaya düşüb öldü - Foto

Beyləqan rayonunda müəllim vəfat edib. xəbər verir ki, Aygün Həsənova dünyasını dəyişib. O, Beyləqan rayonunun Mayak qəsəbə tam orta ümumtəhsil məktəbində ingilis dili müəllimi kimi fəaliyyət göstərib. Məlumata görə, müəlli

Su bidonuna düşən 7 yaşlı uşaq öldü

Şamaxıda bədbəxt hadisə baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Şamaxının Çuxuryurd kəndində qeydə alınıb. Kənd sakini, 7 yaşlı S.Samıyev yaşadığı Çuxuryurd kəndindəki evin həyətində su ilə dolu olan bidona düşməs

"Dedi ki, başına oyun açacam" - "Bolt" sürücüsü qadına zorakılıq edib?

Vətəndaş Bakı-Sumqayıt ("Riyad" TM ərazisində-red.) yolunda "Bolt" şirkətinə məxsus taksi sürücüsü tərəfindən hədə-qorxusu və zorakılığa məruz qaldığını iddia edir. xəbər verir ki, Elvira Vəliyeva bu barəd

Kütləvi davada qətli törədənlərin kimliyi bilindi

Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı əlavə detallar məlum olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, qətli törədənlərin "Sabunçu Emil" və MMA döyüşçüsü kimi tanınan Elnar adlı şəxslər olduğ

Qəzada ölən Elşən bu qurumun əməkdaşı imiş – FOTO

Cəbrayılda baş verən qəza zamanı həlak olan Elşən Rüstəmov "AzərEnerji"nin əməkdaşı olub. KONKRET.azbildirir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə işə gedən zaman baş verib. Həyatını itirə


yeni xeberler son xeberler azerbaycan xeberleri valyuta mezenesi ən son xəbərlər xeber saytlari