"600 min uşaq dövlətdən müavinət alır" - Nazir
"Milli Məclisin üzvləri həssas təbəqədən olan uşaqlara uşaqpulunun verilməsi ilə bağlı məsələni qaldırdı. Mən bu barədə dəfələrlə açıqlama vermişəm. Bir daha bildirirəm ki, bu gün həssas kateqoriyadan olan 600 min uşaq dövlətdən müavinət alır".
KONKRET.azxəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi ilə bağlı keçirdikləri birgə iclasda səsləndirilən təkliflərə cavabında deyib.
"Həmin vəsaitləri həm ünvanlı sosial yardım alan ailələrin övladları, həm sağlamlıq imkanları məhdud olan uşaqlar alır, həm də beş və daha çox övladı olan ailələr alır. Dövlətin və hökumətin yanaşması ondan ibarətdir ki, həssas kateqoriyadan olan uşaqlara dəstək verməliyik. O dəstək ünvanlı olmalıdır, nəinki ümumi" – S.Babayev əlavə edib.

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var