79 yaşlı Robert De Niro yeddinci dəfə ata oldu - FOTO
79 yaşlı Robert De Niro yeddinci dəfə ata oldu - FOTO
Aktyor Robert De Niro jurnalistlərə açıqlamasında yeddinci dəfə ata olduğunu deyib.
Aktyorun nümayəndəsi bu məlumatı təsdiqləyib. Lakin uşağın anasının kimliyi açıqlanmayıb.
Məlumdur ki, de Niro 20 illik evliliyindən sonra 2018-ci ildə ikinci həyat yoldaşından boşanıb. O, etiraf edib ki, qayğıkeş valideyn olmağa çalışır, lakin bəzən sərtlik göstərmək məcburiyyətindədir.
"Bunsuz uşaqlarla məşğul ola bilməzsən. Qaydaları diktə etməyi sevmirəm, amma bəzən seçiminiz olmur. Düşünürəm ki, istənilən valideyn sizə eyni şeyi deyəcək. Siz həmişə uşaqlar üçün doğru olanı etmək, onlara güzəşt etmək istəyirsiniz, amma bəzən bacarmırsınız", - kino ulduzu deyib.
Qeyd edək ki, De Niro iki dəfə evlənib. Onun birinci həyat yoldaşından iki övladı var - 51 yaşlı Drena və 46 yaşlı Rafael. İkinci evliliyindən isə aktyorun hazırda 25 yaşlı Elliot və 11 yaşlı Helen adlı övladları doğulub. O, həm də keçmiş sevgilisi Tuka Smitin dünyaya gətirdiyi və hazırda 27 yaşında olan Culian və Aaron Kendrik adlı əkiz oğulların atasıdır.

Mənbə: gazeta.ru / oxu.az

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Bakıda 21 yaşlı kişi bıçaqlandı
Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Bakının bu rayonunda 2 gün su olmayacaq - Xəbərdarlıq
"İflic olacağam və yataqda qalacağam
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib
Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Qızıl və gümüş bahalaşdı
Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ
İsrail Prezidenti Bakıya BELƏ GƏLİBMİŞ
Naxçıvanda avtomobil piyadanı vurdu
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var
Göbələk mövsümü: Zəhərlənmə halları ilə bağlı xəbərdarlıq edildi