Yenidən məhkəmədə üz-üzə gələcəklər
Dünyaca məşhur müğənni Şakira və "Barselona"nın sabiq futbolçusu Jerar Pike oğlanları ilə görüş qaydalarını müzakirə etmək üçün yenidən Barselona məhkəməsində üz-üzə gələcəklər.
"EL PAÍS" nəşri xəbər verir ki, 2023-cü ilin aprelindən bəri 13 yaşlı Milan və 11 yaşlı Saşa anaları ilə birlikdə Mayamidə yaşayırlar.
Nəşr yazır ki, Şakira uşaqların davamlı uzun uçuşlara vaxt itirməməsi üçün görüş cədvəlinin dəyişdirilməsini tələb edir. Sənədlərə əsasən, müğənni uşaqların atası ilə keçirdiyi vaxtı azaltmaq niyyətində olmadığını, sadəcə səfər əziyyətini valideynlər arasında bölüşdürmək istədiyini vurğulayıb.
Şakiranın fikrincə, Pike qısa tətil günlərində uşaqları görmək üçün Mayamiyə özü gəlməlidir. Tez-tez baş verən uçuşlar və saat qurşağının dəyişməsi uşaqların məktəb və sosial həyatına, eləcə də psixoloji rahatlığına mənfi təsir göstərir.
Xatırladaq ki, cütlük 2010-cu ildən görüşməyə başlayıb, lakin 2022-ci ilin yayında Pikenin xəyanəti səbəbindən yolları ayrılıb. Bir qədər əvvəl Şakira Pikenin yeni sevgilisinin uşaqların yanında olmasına da qadağa qoymuşdu.
///qafqazinfo/// / azxeber.com

Yekun bəyanat qəbul edildi
Almaniya XİN başçısından Azərbaycanla bağlı açıqlama
Ermənistan Azərbaycan və Türkiyə sisteminə QOŞULUR - Paşinyan yeni planını AÇIQLADI
Şəkidə 4 yaşlı qıza it hücum edib - Xəsarət yetirdi
Trampın İran planı üzə çıxdı - TƏCİLİ
"Aquşa" ilə bağlı xoşagəlməz fakt - XƏBƏRDARLIQ
Şəmkirdə vəzifəli şəxs öldü
Məktəbdə həyəcanlı anlar: Uşaqlar helikopterlə xəstəxanaya çatdırıldı
İranda növbəti dəfə zəlzələ olub, Naxçıvanda da hiss edilib
Azərbaycanda vəzifəli şəxs qəfil vəfat etdi
İcarəyə götürdüyü avtomobillə yol kənarındakı piyadanı vurdu
Əməkdar müəllim vəfat etdi
38 yaşlı aktyor faciəli şəkildə həyatını itirdi
Tanınmış həkim həbs olundu
Azərbaycan-Vyetnam strateji tərəfdaşlığı: əməkdaşlığın prioritetləri müəyyənləşdirilib