Göbələk mövsümü: Zəhərlənmə halları ilə bağlı xəbərdarlıq edildi

Göbələk mövsümü: Zəhərlənmə halları ilə bağlı xəbərdarlıq edildiArtıq bir sıra dünya ölkələrind göbələk mövsümü qızğın dövrünü yaşayır. Lakin mütəxəssislər meşələrdə göbələk toplayanları diqqətli olmağa çağırırlar.
KONKRET.az xəbər verir ki, Almaniya Federal Risklərin Qiymətləndirilməsi İnstitutunun məlumatına görə, son 10 ildə hər il 280–680 nəfər göbələk zəhərlənməsi səbəbindən xəstəxanaya yerləşdirilərək stasionar müalicə alıb. Bununla belə, zəhərlənmə halları nadir hallarda ölümlə nəticələnir. Almaniyada hər il bu səbəbdən 0–7 ölüm qeydə alınır.
İnstitut bildirir ki, göstəricilər ildən-ilə əhəmiyyətli dərəcədə dəyişir. Göbələyin bol olduğu illərdə zəhərlənmə halları da artır. Mütəxəssislər hesab edirlər ki, real zəhərlənmə sayı daha çoxdur. Çünki bütün zərərçəkənlər xəstəxanalara və ya zəhərlənmə ilə bağlı məsləhət mərkəzlərinə müraciət etmirlər.
Almaniyada təxminən 14 min göbələk növü mövcuddur. Federal Təbiəti Mühafizə İdarəsinin məlumatına görə, onların yalnız 200-ə yaxını yeməli hesab olunur. Təxminən 150 növ zəhərlidir, 10 növ isə ölümcül təhlükə yaradır. Digər göbələklər ya qida üçün yararsız sayılır, ya orqanizm tərəfindən çətin həzm olunur, ya da kifayət qədər öyrənilməyib.
Milli Zəhərlənmə Reyestrinin rəhbəri Yuri Bruynen de Bruyn xəbərdarlıq edib ki, "Almaniyada elə yüksək zəhərli göbələklər var ki, görünüşcə yeməli növlərə o qədər bənzəyirlər ki, onları asanlıqla səhv salmaq mümkündür. Bu, hətta təcrübəli göbələk toplayanlar üçün də təhlükə yarada bilər".
Azərbaycanda da yeməli göbələklər arasında geniş yayılmış şampinyon və russula növlərini bəzən son dərəcə zəhərli solğun əzvay göbələyi ilə səhv salırlar. Bu göbələyin tərkibindəki toksinlər qaraciyər çatışmazlığına səbəb ola bilər. Buna görə də onun hətta az miqdarda qəbul edilməsi ölümlə nəticələnə bilər.
Göbələklərin təhlükəsiz olduğuna əmin olmaq üçün mikologiya üzrə mütəxəssislərə müraciət etmək tövsiyə olunur.
Rəsmiyyə Şərifova,
KONKRET.az

Sağlamlıq       Tarix: 19 oktyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test

Yaş artdıqca bədənimiz bir çox hərəkəti əvvəlkindən bir qədər yavaş yerinə yetirir: gündəlik gəzintilərimiz qısalır, dözümlülük azalır, beynimiz isə əvvəlki kimi iti olmur. Bu, insanların əksəriyyətinin yaşadığı ümumi prosesdir

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi

Ölkəmizdə Hantavirus yayılıb? - RƏSMİ

Bir sıra Avropa ölkələrində Hantavirus təhlükəsi ilə bağlı izolizasiya tədbirləri görülüb. Hətta qonşu ölkələrin bir neçə vətəndaşı da virus səbəbilə karantinə alınıb. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Virusa yoluxm

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand

Günəşdən qorunmağın yeni üsulu: Moruq tumu yağının möcüzəvi faydaları

Yay aylarının gəlməsi ilə günəşdən qorunma vasitələrinə maraq artıb. Bir çox insan yüksək qoruyucu faktorlu günəş kremlərinə üstünlük versə də, bəziləri daha təbii alternativlər axtarışındadır. Son dövrlər bu axtarışın ə

Göbələk mövsümü: Zəhərlənmə halları ilə bağlı xəbərdarlıq edildi

Artıq bir sıra dünya ölkələrind göbələk mövsümü qızğın dövrünü yaşayır. Lakin mütəxəssislər meşələrdə göbələk toplayanları diqqətli olmağa çağırırlar. xəbər verir ki, Almaniya Federal Risklərin Qiymətləndirilməsi İnstitutunu

"Ebola virusu sürətlə yayılır" - ÜST

Ebola virusunun Bundibuqyo ştamının yayılması müşahidələrin ilk ayı ərzində yayılma sürətinə görə Afrikada ən böyük epidemiya olub. KONKRET.azoxuaz-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəlad

Dünyada Hantavirus təhlükəsi böyüyür: Virusla bağlı elə dəhşətli iddialar yayıldı ki

Dörd il əvvəl edilən və 2026-cı ildə hantavirusla bağlı mümkün yayılmanı "proqnozlaşdıran" paylaşım sosial şəbəkələrdə yenidən geniş müzakirə olunur. Narahatedici xəbərlərin fonunda internetdə siçanlar və digə

Çox işləmək piylənməyə səbəb olur

Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi deyil, ümumilikdə sağlamlığa da müsbət təsir edir. xəbər verir ki, onlarla ölkədən toplanan məlumatların təhlil


yeni xeberler azerbaycan xeberleri son xeberler bugun xeberler dunyada son xeberler kriminal bugun bugunun xeberleri