8 Martda qız qaçıran şəxsə ağır cəza verildi
Gəncə Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda təqsirləndirilən Yusif Əliyevə (şərti) hökm oxunub.
"Qafqazinfo" xəbər verir ki, 1991-ci il təvəllüdlü Y.Əliyevə Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə 4 il 6 ay həbs cəzası verilib.
Araşdırmalar zamanı məlum olub ki, hadisə ötən il martın 8-də saat 22 radələrində Gəncə şəhərində qeydə alınıb.
Belə ki, həmin gün sərxoş vəziyyətdə olan təqsirləndirilən şəxs qohumu Gülnar Qasımovanı (şərti) yaşadığı ünvandakı evindən çıxararaq şəxsi avtomobilinə mindirib. Bu vaxt avtomobildə Y.Əliyevin həmkəndlisi də olub.
Yolda isə qıza onu evlənmək məqsədilə qaçırdığını bildirib. Bunu eşidəndən sonra Gülnar ondan avtomobili dayandırmasını təkid etsə də, Y.Əliyev yoluna davam edib.
Gülnar qohumunun dayanmayacağını görüb Göygöl rayonundakı kəndlərdən birinin ərazisində özünü avtomobildən yerə atıb. Nəticədə o, qapalı kəllə-beyin travması alaraq huşunu itirib. Y.Əliyev onu xəstəxanaya çatdırandan sonra ərazidən uzaqlaşıb. / azxeber.com
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
Messi Dünya Kuboku tarixində ən çox qol vuran oyunçu oldu - 18-ci qol
Yumurtanın qiyməti kəskin ucuzlaşdı - Arxasında nə dayanır?
Ceyhun Bayramov türkmənistanlı həmkarı ilə müzakirə apardı
Məsrur Bərzani Prezident İlham Əliyevə təbrik ünvanladı
Türkmənistan Prezidentinin şərəfinə ziyafət verildi - FOTOLAR
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq
İlham Əliyevin adından Türkmənistan Prezidentinin şərəfinə dövlət ziyafəti verilib
Avropa Şurasının Bakı ofisinin rəhbəri XİN-ə çağırıldı
Azərbaycanda oğul atasının qətlini belə sifariş edibmiş... - Vatsap yazışmaları
Krım əhalisinin yanacaq tədarükü… - Kreml
Tramp İrana xəbərdarlıq etdi: "Öhdəlikləri yerinə yetirməsələr..."
Navrotski və Zelenski arasında söz dueli
20 yaşlı velosipedçini maşın vurdu - Durumu ağırdır
Məşhur aktyor islamı qəbul etdi