8 yaşlı azərbaycanlı Almaniyada erməniyə qalib gəldi - VİDEO

8 yaşlı azərbaycanlı Almaniyada erməniyə qalib gəldi - VİDEOİyunun 18-də  Almaniyanın Meklenburq-Ön Pomeraniya əyalətinin Şverin şəhərində 15-ci Gənclər İdman Oyunları çərçivəsində "LJEM U8 2022" çempionatı keçirilib. 
KONKRET.az xəbər verir ki, səkkiz turdan ibarət olan və İsveçrə sistemi üzrə keçirilmiş turnirin əsas məqsədi uşaqlar və gənclər arasında şahmat oyunun təşviq edilməsidir.
"LJEM U8 2022"də Almaniya, Ermənistan, Polşa, İsveçrə olmaqla müxtəlif ölkələrdən olan 12 iştirakçı birincilik uğrunda mübarizə aparıb. Yekun nəticələrə görə doğma Azərbaycanımızı təmsil edən Kamran Aslanov səkkiz yaşlılar arasında keçirilən yarışmada 6 bal toplayaraq bütün rəqiblərini geridə qoyaraq 1-ci pillədə qərarlaşaraq medal və diplomla təltif edilib.
Qeyd edək ki, gənc şahmatçı Kamran Aslanov 2014-cü ildə Bakıda anadan olub, ilk təhsilinə Azərbaycanda "Landau Preschool"da başlayıb. Hazırda Almaniyada orta təhsilini davam etdirən Kamran riyazi bilikləri ilə hər zaman yaşıdlarından fərqlənib. O, kiçik yaşlarından şahmata böyük həvəs göstərmiş, hətta şahmat fiqurları ilə heç kimin yardımı olmadan özü tanış olub. Valideynləri bu istedadını üzə çıxararaq ona hər zaman dəstək olub və bu da bilavasitə onun uğur qazanmağına təkan verib. Kamran bildirir ki, onun ən sevdiyi şahmat fiquru vəzirdir, çünki vəzir tutduğu xanadan şaquli, üfüqi və ya diaqonal xanalar üzrə hərəkət edir, hərəkətində və xanaların sayında məhdudiyyət yoxdur və beləliklə  oyunda ən güclü fiqur hesab edilir.
Yarışda Kamran sadəcə bir qarşılaşmanı rəqibinə qalib gələ bilməyərək bərabər bitirsə də, sevdiyi şahmat fiquru olan vəzir və onun üstünlükləri sayəsində yarışboyu yüksək strategiya ilə oynamağa çalışmış və nəticədən də  göründüyü kimi həmyaşıdları arasında birinciliyi qazanıb. Bu, həm də onun yüksək istedadının və şahmat oyunlarına hazırlıq mərhələlərində nümayiş etdirdiyi əzmkarlıq və zəhmətkeşliyin nəticəsidir.
Beləliklə, Kamranın şahmat dünyasında ilk addımları uğurlu olub. Biz də öz növbəmizdə həmyerlimizə gələcəkdə daha yüksək nəticələr qazanmasını, mötəbər turnirlərin qalibi olmasını və təhsilində müvəffəqiyyətlər əldə etməsini arzu edirik.

İdman       Tarix: 28 iyun 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Millimiz dünya çempionatına qələbə ilə başladı

Azərbaycan millisi Bakıda keçirilən 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalında mübarizəyə başlayıb. KONKRET.azAZƏRTAC-a istinadən xəbər verir ki, U-16 yığmamız Bakı Kristal Zalında Timor-Leste komandas

"Barselona" rekord qırdı

"Sabah" futbol klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi "Barselona" cari mövsümdə qazandığı nəticələrlə diqqət çəkib. xəbər verir ki, Kataloniya klubunun rəsmi saytının məlumatın

"Turan Tovuz" "İmişli"yə, "Zirə" "Kəpəz"ə qarşı 

Misli Premyer Liqasında VII tura bu gün yekun vurulacaq. xəbər verir ki, son olaraq iki qarşılaşma keçiriləcək. Günün ilk oyununda "Turan Tovuz" səfərdə "İmişli" ilə üz-üzə gələcək. Matç saat 15:00-d

Kilian Mbappenin anası korrupsiya işi üzrə dindirildi

"Real Madrid" klubunun fransalı hücumçusu Kilian Mbappenin anası və eyni zamanda meneceri olan Fayza Lamari rüşvətvermə şübhəsi ilə Fransa polisi tərəfindən dindirilib. bu barədə "L"Équipe" nəşrin

Türkiyə millisi baş məşqçisi ilə yollarını ayırdı

Türkiyə millisi baş məşqçisi Vinçenso Montella ilə yollarını ayırıb. xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb. İtaliyalı mütəxəssis TFF-nin İdarə Heyətinin iclasından sonr

UEFA-dan Fəridə Lütfəliyevaya təyinat

Azərbaycanın qadın FİFA referisi Fəridə Lüftəliyeva UEFA tərəfindən təyinat alıb. xəbər verir ki, Gürcüstanda keçiriləcək qadınlar arasında U-17 Avropa çempionatının seçmə mərhələsinin B4 qrupunda iki oyunun baş hakimi olacaq

Bugünkü oyunları yayımlayacaq kanallar

UEFA Avropa Liqasının və Konfrans Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. KONKRET.azxəbər verir ki, qarşılaşmala

"Qarabağ" "Sabah"ı təbrik etdi

"Qarabağ" klubu "Sabah"ı UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk qələbəsini qazanması münasibətilə təbrik edib. xəbər verir ki, Ağdam təmsilçisi bununla bağlı rəsmi sosial şəbəkə hesabında paylaşı

"Şamaxı" "Zirə"yə, "Sumqayıt" "Qəbələ"yə qarşı

Misli Premyer Liqasında VII tur bu gün keçiriləcək iki qarşılaşma ilə davam edəcək. xəbər verir ki, ikinci oyun günündə əvvəlcə Zirə İdman Kompleksinin stadionunda saat 17:00-da "Zirə" və "Şamaxı" komandalar


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən son vəziyyət xəbər.az xəbər az xabarlar