80 milyon manatlıq mənimsəmədə təqsirləndirilən generalın həbs müddəti uzadıldı
Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədovun cinayət işi üzrə ibtidai istintaq davam edir.
KONKRET.az Apa-ya istinadən xəbər verir ki, istintaq orqanı tərəfindən Nizami Məmmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı təqdimat verilib.
Bakı Hərbi Məhkəməsində keçirilən iclasda təqdimat təmin edilib. Qərara əsasən, Nizami Məmmədovun həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.
Xatırladaq ki, general-mayor Nizami Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb.
Bakı Hərbi Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Məlumata görə, Nizami Məmmədov 80 milyon 600 min manat mənimsəməkdə təqsirləndirilir.


Dünyanı nə gözləyir? – ABŞ və İranla bağlı mühüm AÇIQLAMA
Tural Əlizadəyə vəzifə verildi
Sahibə Qafarova Türkmənistanda işgüzar səfərdədir
Bu ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
Paşinyandan müxalifətə sərt hədə: 'Azərbaycanla sülhə mane olursunuz
Nənəmin təndiri'ndə yanğın oldu
Kvrivişvili: Azərbaycanla əməkdaşlığın genişləndirilməsini müzakirə etdik
Bu cərimələr 150 faiz artırılır
Artıq ödənilmiş vergilərin geri qaytarılması sadələşdirildi
Azərbaycanla ABŞ arasında TRIPP layihəsi müzakirə edilib
AVRO-2028: Rusiya millisi iştirak etməyəcək
Nazirdən maaşlarla bağlı MÜHÜM AÇIQLAMA
Suares illər sonra sirri açdı: Messi ilə Neymarı fikrindən daşındırmağa çalışıblar
Mbappedən Arda ilə bağlı paylaşım
Paşinyan parlamentdə özündən çıxdı: "Sizi siyasi bomjlara çevirəcəyik!"