9 aptekdə nöqsan AŞKARLANDI
Cari ilin oktyabr ayı ərzində aptek təşkilatlarında keçirilən yoxlamalar nəticəsində Bakı şəhəri üzrə 1, digər respublikanın digər şəhər və rayonlarında 52 aptek olmaqla, ümumilikdə 53 aptekdə planlı və plandan kənar yoxlamalar aparılıb.
KONKRET.az xəbər verir ki, Analitik Ekspertiza Mərkəzindən Milli.az-a verilən məlumata görə, yoxlamalar zamanı 9 aptekdə nöqsan aşkarlanıb ki, onların 8-i rayonlarda yerləşir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3 maddələri üzrə 9 protokol tərtib edilib.
"Bir daha vətəndaşların nəzərinə çatdırırıq ki, aptekdən alınan dərman vasitələrinin keyfiyyəti barədə şübhə yaradan hər hansı dərman vasitəsi haqqında bizə məlumat verə bilərlər. Belə hallarla rastlaşdıqda vətəndaş AEM-in "Bir pəncərə" sektoruna müraciət edə və ya "qaynar xətt"lə əlaqə saxlaya bilər. Həmçinin, vətəndaşlar AEM-in www.pharma.az saytının MÜRACİƏT bölməsinə daxil olaraq, əldə edilən dərmanın qutusunun şəklini, alış çekini və alınan ünvanı yükləyərək ölkəyə qeyri-qanuni yolla gətirilən dərman vasitəsi barədə məlumat verə bilərlər. Belə olan halda AEM göstərilən əczaçılıq təşkilatında şikayətdə qeyd olunan dərman vasitəsi ilə bağlı araşdırma başlayaraq müvafiq tədbirlər görür", – deyə bildirilib.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi