960 məktəbə görə 3 milyard AZN çox deyil? - KALKULYATOR İŞƏ DÜŞDÜ
"Hazırda Azərbaycanda 960-dan çox məktəb yararsız və ya qismən yararsız vəziyyətdədir".
KONKRET.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev bildirib. Həmin məktəblərdən 434-ü yararsız vəziyyətdədir:
"Həmin məktəblərin təmiri və ya tikintisi üçün təxminən 3 milyarddan artıq vəsait lazımdır".
Kalkulyator işə düşdü
960 məktəbinin hər birinə 100 min manat sərf olunsa, bu 96 milyon AZN edir.
Daha dəqiq hesablama aparsaq, daha az məsrəf tələb olunan məktəblərin sayı 526-dır. Elə isə 100 min AZN-lik təmir paketini bu təhsil ocaqlarına sərf edək. Halbuki bu məbləğə kiçik bir təhsil ocağı da tikmək olar. Hər halda təhsilimizə qarşı paxıllıq etməyək, qoy hər şeyin ən yaxşısından olsun. 526 məktəbin hərəsinə təmir üçün 100 min pul ayrılsın.
52 milyon 600 min pul alınır.
Yarararsız vəziyyətdə olan məktəblərin sayı 434 -dür. Əgər onların sökülüb yenidən inşası müzakirə mövzusudursa, yenə xəsislik etməyək və hər məktəbin ərsəyə gəlməsi üçün 500 min manat verilsin.
217 milyon manat alınır.
Birdən təhsil sahəsinə yaxşı bələd olmarıq, günaha girməyək. Həm də biz tikinti maqnatı olan məmurlardan deyilik. İnşaat materiallarının qiymətlərindən də xəbərimiz yoxdur. Ona görə də 960 məktəbin hər birinə 1 milyon manat ayıraq. Bunun yağışı var, qarı var. "Azərsu" boruları, qaz kəmərləri, asfalt maxinasiyaları və s. çətinliklər mövcuddur. Ən lüks təmirli tikinti üçün 960 məktəbin hər birinə 1 milyon xərcin qoyulması artıqlaması ilə bəsdir:
960 milyon manat alınır.
Hər bir məktəbə 2 milyon AZN sərf olunsa da, nazirliyin qabartdığı məbləğ alınmır. 3 milyon ayrılsa belə, 3 milyard eləmir.
Bəs 3 milyarddan artıq vəsait nazirliyin nəyinə lazımdır?
Qarşı tərəfin məsrəf məlumatlarını dərc etməyə hazırıq.
KONKRET.az-ın Araşdırma Qrupu
Turlar.az [newsid: 0-123300]

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var