ABŞ 1250 zirehli texnikanı Avropaya YERLƏŞDİRİR
1250-yə yaxın Amerika zirehli texnikası Polşa və Baltikyanı ölkələrə daşınma üçün yanvarın əvvəlində Hollandiyanın "Vlissingen" limanına gəlib.
KONKRET.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Bildirilib ki, xüsusilə Şərqi Avropaya "Abrams M1" tankları və Texasın Fort Hud şəhərində yerləşən birinci süvari divizionunun "Bradley" piyada döyüş maşınları göndərilir.
Məlumata görə, bu yerdəyişmə NATO qruplarının alyansın şərq cinahında "planlı gücləndirilməsi"nin bir hissəsidir.
Qeyd edək ki, NATO ölkələri ötən ilin iyununda Madriddə keçirilən sammitdə Rusiya sərhədləri yaxınlığında çoxmillətli döyüş qüvvələrinin yerləşdirilməsi barədə qərar qəbul ediblər.
Eyni zamanda, alyans ölkələri Ukraynadakı müharibədə birbaşa iştirak etmək niyyətində olmadıqlarını bildiriblər.
İqbal Rzayev,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi
Azərbaycanda Dövlət Bayrağı Günüdür