Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıbAzərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb.
azxeber.com xəbər verir ki, mətndə deyilir:
"Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan!
"Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu"nun iştirakçıları olan 400-dən artıq vətəndaş cəmiyyəti təmsilçiləri olaraq xalqımızın tarixində ən şanlı səhifələrdən olan 8 Noyabr Zəfər Gününün 6-cı ildönümü ərəfəsində Sizə müraciət etməkdən böyük qürur hissi keçiririk!
Siz Azərbaycan xalqına tarixi Qələbə yaşatmış, dövlətimizin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş, xalqımızın milli qürurunu və ləyaqətini özünə qaytarmış, Ulu Öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirmiş Ali Baş Komandansınız. Sizin qətiyyətli rəhbərliyiniz, siyasi iradəniz və müdrik strategiyanız nəticəsində xalqımızın onilliklər boyu qəlbində yaşatdığı Zəfər arzusu artıq gerçəkləşib. Bu Qələbə yalnız hərbi uğur deyil, həm də milli iradənin, dövlətçilik əzminin, xalq-iqtidar birliyinin və tarixi ədalətin təntənəsidir. 44 günlük Vətən müharibəsində Sizin rəhbərliyinizlə qazanılan Zəfər Azərbaycanı yeni tarixi mərhələyə çıxardı, ölkəmizin gələcək inkişafı üçün möhkəm təməl yaratdı.
Möhtərəm cənab Prezident!
Bu gün Azərbaycan yalnız torpaqlarını azad etmiş, suverenliyini bərpa etmiş dövlət deyil. Azərbaycan regionun siyasi və iqtisadi reallıqlarını müəyyən edən, beynəlxalq münasibətlər sistemində mövqeyi və sözü ilə seçilən, artan imkanları və nüfuzu ilə orta güc mərkəzinə çevrilən dövlətdir. Müharibədə Qələbə qazanmış Azərbaycanın sülh gündəliyinin təşəbbüskarı kimi çıxış etməsi Sizin siyasi liderliyinizin mühüm tarixi nəticəsidir. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, Böyük Qayıdış proqramının həyata keçirilməsi, müasir şəhər və kəndlərin salınması qalib Azərbaycanın gələcəyə baxışının ifadəsidir. Qarabağ və Şərqi Zəngəzurda yenidən həyatın canlanması Qələbəmizin əbədi və dönməz nəticələrini nümayiş etdirir.
Möhtərəm cənab Prezident!
Azərbaycanın gücü yalnız iqtisadi və hərbi potensialı ilə ölçülmür. Bu gücün təməlində bizi birləşdirən azərbaycançılıq ideologiyası, milli-mənəvi dəyərlərimiz, tarixi yaddaşımız və ümummilli həmrəyliyimiz dayanır. Bu baxımdan, milli ideoloji təhlükəsizliyin qorunması, cəmiyyətin yad təsirlərdən və dezinformasiyalardan müdafiəsi, dövlətçilik maraqlarının, tarixi həqiqətlərimizin və milli-mənəvi dəyərlərimizin təbliği xüsusi əhəmiyyət daşıyır.
Son illərdə Sizin rəhbərliyinizlə ölkəmizdə keçirilən COP29, Ümumdünya Şəhərsalma Forumu, Mədəniyyətlərarası Dialoq Forumu və digər beynəlxalq tədbirlər Azərbaycanın qlobal proseslərdə artan rolunu, təşkilatçılıq imkanlarını və beynəlxalq etimadını təsdiqləyir, bizi həm də öz dəyərlərimizi qorumağa, onları müdafiə etməyə ruhlandırır.
Azərbaycan QHT-ləri vətəndaş cəmiyyətinin fəal təmsilçiləri olaraq bu istiqamətdə öz məsuliyyətini dərindən dərk edir və dövlətimizin milli maraqlarının, mənəvi və Konstitusion dəyərlərinin qorunmasına bundan sonra da töhfə verməyə hazır olduğunu bildirir.
Hörmətli cənab Prezident!
Biz – Azərbaycan QHT-ləri Sizin yanınızdayıq, Sizinləyik və dövlətimizin inkişafı, milli maraqlarımızın qorunması, xalqımızın birliyi və həmrəyliyi naminə müəyyən etdiyiniz strateji hədəflərin həyata keçirilməsində öz töhfəmizi verməyə hazırıq. Gəncədə toplaşdığımız Forum çərçivəsində mina qurbanlarının iştirakı ilə keçirilən amputant futbol oyununu seyr edərkən bir daha əmin olduq ki, Azərbaycan xalqının yenilməz ruhunu heç bir mina, heç bir müharibə yarası sarsıda bilməz – bu insanların meydanda nümayiş etdirdiyi iradə, həyat eşqi və mübarizə əzmi bizim Qələbəmizin xalqımızın qəlbində əbədi məskən salmasının parlaq təzahürü idi.
Möhtərəm cənab Prezident!
Bu əlamətdar gün ərəfəsində bir daha bəyan edirik ki, Azərbaycan QHT-ləri Sizin rəhbərliyinizlə həyata keçirilən siyasəti tam dəstəkləyir, müstəqil və qüdrətli Azərbaycanın gələcəyinə böyük inamla baxır.
Zəfər xalqımızın qüruru, suverenliyimiz dövlətimizin əbədi sərvəti, Azərbaycançılıq məfkurəsinə əsaslanan milli birliyimiz isə gələcək qələbələrimizin təminatıdır!"

Siyasi       Tarix: 07 noyabr 2026
f Paylaş

Oxşar xəbərlər

ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. xəbər verir ki, məktubda deyilir:. "Zati-aliləri. 8 Noyabr – Zəfər Günü münasibətilə Zati-aliniz

Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi

İranın Ermənistandakı səfirliyinin rəsmi sosial media hesabında İrəvanın Göy məscidi haqqında videomaterial yayımlanıb. xəbər verir ki, paylaşımda tarixi faktlar birtərəfli və təhrif olunmuş şəkildə çatdırılıb. Göy məscidi

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

"Blumberq" agentliyinin məlumatına görə, Rusiyanın Ukraynaya qarşı başladığı müharibə Moskvanın ənənəvi tərəfdaşlarından biri olan Hindistan üçün böyük qazanc mənbəyinə çevrilib. Yeni Dehli bir tərəfdən Rusiyada

Bu ölkə İranla sərhədə ordu yeritdi

İraq ordusu mümkün nəticələrin aradan qaldırılması üçün İran və Küveytlə sərhədləri boyunca tam təhlükəsizlik tədbirləri görüb. xəbər verir ki, bu haqda "Əl-Mayadin" məlumat yayıb. "İraq silahlı qüvvələri sərhə

Hacıyevin Ermənistana səfəri ilə bağlı suala Mirzoyanın cavabı

Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri barədə danışıb. KONKRET. -a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentind

ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei

ABŞ-ın aralıq seçkilərinin nəticələri Vaşinqtonun İrana qarşı düşmənçiliyini dəyişdirməyəcək. axaraz-a istinadən xəbər verir ki, bu barədə İranın ali rəhbəri Müctəba Xameneinin adından yayılan açıqlamada bildirilib. "Partiy

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırır. Son günlər Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı sosial şəbəkələrdə müxtəlif müzakirələ

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən son durum cebheden xeber apa.az xeberler cəbhədən ən son xəbərlər