Şimali Kiprin tanınması üçün... - Ərdoğan
Türkiyə olaraq Şimali Kipr türk xalqını heç vaxt tək və ya köməksiz qoymayacağıq. Bütün dünya bunu bilməli və nəzərə almalıdır.
KONKRET.azxəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Kipr məsələsi onlar üçün sadəcə bir xarici siyasət mövzusu deyil:
"Biz Kiprlə bağlı iki dövlətli həll modelini qətiyyətlə dəstəkləyirik. Buna görə də, Kipr məsələsi ilə bağlı mövqeyimiz son dərəcə aydın və birmənalıdır. Adada iki ayrı xalqın və iki ayrı dövlətin mövcud olduğu reallığı artıq qəbul edilməlidir. Dəfələrlə sınanan, lakin hər dəfə müxtəlif hiylələrlə pozulan modellər vaxt və enerji itkisindən başqa bir şey deyil. İlk növbədə dost və qardaşlarımız başda olmaqla bütün dövlətləri Kipr adasında davamlı sülhə dəstək olmaq məqsədilə Şimali Kipr Türk Respublikasını tanımağa, onunla siyasi, diplomatik və iqtisadi əlaqələr qurmağa çağırıram. Birləşmiş Millətlər Təşkilatının kürsüsündən də bəyan etdiyim kimi, Şimali Kiprin türk xalqının suveren bərabərliyi rəsmən tanınmalı, məruz qaldıqları qeyri-insani təcridə son qoyulmalıdır. Bu yeni dövrdə biz bu çağırışa uyğun addımlar atmağa və beynəlxalq platformalarda Şimali Kipr Türk Respublikasının yanında olmağa davam edəcəyik. Şimali Kipr Türk Respublikasının tanınmasını artırmağa yönəlmiş təşəbbüs və layihələr davam etdiriləcək. Kipr məsələsi ədalət bərqərar olana qədər mübarizəsini aparacağımız milli bir davadır. Hər kəs bunu birdəfəlik anlamalıdır".
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir