ABŞ-a getmək istəyənlərə BÖYÜK ŞOK: bundan sonra... - "Yaşıl kart" qərarı TƏSDİQLƏNDİ
ABŞ Ali Məhkəməsi Donald Tramp Administrasiyası tərəfindən verilən "ABŞ-ın yardımlarından asılı olacağı hesab edilən insanların "Yaşıl kart" (Green Card) müraciətinin rədd edilməsi" qərarını təsdiq edib.
xəbər verir ki, yeni qərara əsasən, ABŞ-da yaşamaq üçün "Yaşıl kart"a müraciət edən şəxslər ABŞ dövlətinə yük olub-olmayacağı nöqtəsində maliyyə cəhətdən analizdən keçiriləcək.
Digər tərəfdən, daha əvvəl ABŞ-dan səhiyyə, icarə və ərzaq yardımı alan və ya gələcəkdə alması ehtimal edilən insanlara "Yaşıl kart" verilməyəcək.
Müraciətlər miqrasiya xidməti tərəfindən analiz olunacaq. Maliyyə analizinin necə aparılacağı barədə isə detallar açıqlanmayıb.
Donald Trampdan əvvəlki hökumətlərdə müraciətlər sadəcə nağd pulla dəyərləndirilərkən, bundan sonra səhiyyə, icarə və ərzaq yardımlarına olan asılılıq dərəcəsi də nəzərə alınacaq.
Qeyd edək ki, Tramp daha əvvəl başqa bir qərarla ABŞ-da yaşamaq istəyənlərin təhsil və bacarıqlarını nəzərə almaqla, cinayət və qanundankənar işlərdə iştirak edənlərin gəlişinin qarşısının alınacağını bildirmişdi.
Zümrüd /publika.az

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək