ABŞ bombardmanına İrandan CAVAB
Tehran ABŞ-ın Suriyaya zərbəsini aqressiya və beynəlxalq hüququn pozulması hesab edir.
Publika.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Səid Xatibzadə bildirib.
"İran XİN-in rəsmi nümayəndəsi Suriyanın şərq hissəsində Amerika qüvvələrinin beynəlxalq hüququn pozulması olan qanunsuz və təcavüzkar hücumunu qətiyyətlə pisləyib", - qurumun bəyanatında deyilir.
Xatibzadə qeyd edib ki, ABŞ Suriyaya İsrailin daimi təcavüzünün davamı olaraq zərbə endirib. O, həmçinin vurğulayıb ki, Amerika bazaları qeyri-qanuni əsaslarla Suriya ərazisindədir və (oradakı amerikalılar-red.) terrorçuların hazırlanması ilə məşğuldurlar.
Diplomatın sözlərinə görə, ABŞ-ın Suriyadakı obyektlərə vurduğu zərbə ölkənin suverenliyinin və ərazi bütövlüyünün pozulmasıdır və regionda hərbi toqquşmaların artmasına və sabitliyin pozulmasına gətirib çıxaracaq.

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək