ABŞ Çinə qarşı hərəkətə keçdi
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Çinlə bağlı milli təhlükəsizlik problemlərinə diqqəti artıracaq yeni işçi qrupu yaratdığını açıqlayıb.
Publika.az "Sözcü"yə istinadla xəbər verir ki, Mərkəzi Kəşfiyyat İdarəsi qrupun adını Çin Missiya Mərkəzi kimi təqdim edib. Bildirilib ki, Çinə qarşı fəaliyyət MKİ-nin bütün missiya sahələrini əhatə edəcək.
Xüsusi vurğulanıb ki, özəl qrup Çin Xalq Respublikasının qlobal gücə çevrilmə yolunun qarşısını kəsmək üçün həll yolları axtaracaq.
MKİ direktoru Uilyam Börns qlobal təhlükənin Çin xalqından deyil, Çin hökumətindən gəldiyini vurğulayıb. O bildirib ki, məqsədləri təşkilat daxilində Çinə qarşı aparılan kəşfiyyat işlərini birləşdirməkdir.
Börnsün sözlərinə görə, rəhbərlik etdiyi idarə bundan sonra da "təcavüzkar Rusiya, təxribatçı Şimali Koreya və düşmən İrana" qarşı diqqətini azaltmayacaq.
Tural Turan
Turlar.az [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək