ABŞ-da "TikTok" ilə "WeChat" yenidən açıldı
ABŞ prezidenti Co Bayden "TikTok" və "WeChat" tətbiqlərinin ölkə ərazisində bağlanmasına dair sələfi Donald Trampın imzaladığı müvafiq fərmanları ləğv edib.
Publika.az xəbər verir ki, bununla yanaşı, Ağ Ev Çinin nəzarət etdiyi həmin tətbiqləri milli təhlükəsizliyə təhdid olaraq gördüyünü də açıqlayıb. Belə ki, prezident C.Baydenin fərmanında həmin tətbiqlər vasitəsilə fərdi məlumatların toplana biləcəyilə bağlı mümkün təhlükə qeyd olunub.
Fərmanda federal hökumətə milli təhlükəsizlik, xarici siyasət, iqtisadi hədəflər, o cümlədən Amerikanın başlıca dəyərləri və təməl azadlıqları baxımından hər hansı risk olub-olmadığını araşdırmaq çağırışı yer alıb.
Xatırladaq ki, ötən yay prezident Tramp ölkənin internet provayderlərinə hostinq servislərində adıçəkilən mobil tətbiqləri açmağı qadağan edən fərman imzalamışdı. Lakin federal məhkəmə bu fərmanın qüvvəyə minməsini dayandırmışdı.

Türkiyə millisinin heyəti açıqlandı
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
"Turan Tovuz"un qapıçısı millimizə qarşı oynaya bilər
Azərbaycan kubokunun püşkü atıldı
Cəlilabadda hadisə: Yük maşınının altında…
Kim Kardaşyan haqqında qəribə məhkəmə qərarı - 1 avro kompensasiya
Qubada yol qəzasında 5 nəfər xəsarət aldı
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Salyanda motosiklet piyadanı vuraraq öldürdü
Bu günün valyuta məzənnələri
Xruşşov Disneylendə getmək istəyirdi, amma... – Sovet liderinin Amerikada macəraları
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
Hikmət Hacıyev və Almaniya səfiri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər