ABŞ daha bir fəlakətlə QARŞI-QARŞIYA: 1 milyon insan...
ABŞ-ın cənub ştatları şiddətli qasırğa və fırtınaların əsiri olub.
Publika.az xəbər verir ki, təbiət hadisələri nəticəsində 33 nəfər dünyasını dəyişib.
Missisipi ştatında 11, Cənubi Karolinada 9, Corciyada 8, Tennesidə 3, Arkanzas və Şimali Karolinada 1 nəfər qasırğanın qurbanına çevrilib.
"NBC News"un xəbərinə görə, son sutka ərzində 41 qasırğa meydana gəlib. Luiziana və Alabama ştatlarının qubernatorları qüvvətli fırtınanın yol açdığı fəsadları aradan qaldırmaq üçün fövqəladə vəziyyət elan edib.
Ştatlarda yüzlərlə ev zərər görüb, ağaclar və elektrik xətləri aşıb. 11 ştatda 1 milyondan çox insan elektriksiz qalıb.
Sosial məsafə ləğv edilib
Kəskin hava şəraitinin hökm sürdüyü ştatlarda səlahiyyətli şəxslər yeni tip koronavirusla mübarizə çərçivəsində tətbiq edilən sosial məsafə qaydalarını ləğv edib. Əhaliyə üzlərini bağlayaraq təhlükəsiz düşərgələrdə qasırğadan qorunmaları tapşırılıb.
Son rəqəmlərə görə, ABŞ-da 587 min 173 nəfər koronavirusa yoluxub. Onlardan 23 min 644-ü dünyasını dəyişib. 36 min 948 nəfər sağalıb.
Zümrüd
Turlar.az [newsid: 0-123300]

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Rəsmi Bakıdan 20 Sentyabr mesajı: "...əbədidir"
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
Neft həftəni bu qiymətlə başladı
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - Fotolar
Zaur Kamalın səhhətində problem yarandı
Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəldi
"Yuventus"un qapıçısı zədələndi
"Fənərbağça" rəqibini darmadağın etdi – Tarixi hesab
"Bakıkart"dan Qarabağ Universitetinin yüksək nəticə göstərən tələbələrinə 100 gedişlik nəqliyyat dəstəyi