ABŞ-dan Çinə ZƏRBƏ: bundan sonra "Huawei" və digər firmalar...
ABŞ Konqresinin Nümayəndələr Palatası, hökumətin Çinin "Huawei" şirkəti və ölkənin milli təhlükəsizliyinə kölgə salacaq digər firmaların məhsullarını almağı qadağan edən qətnamə layihəsini qəbul edib.
Publika.az xəbər verir ki, layihə bu həftə Senata göndəriləcək.
Qətnamə eyni zamanda, ABŞ-ın kiçik telekommunikasiya provayderlərinə 1 milyard dollar verilərək şübhəli rabitə vasitələrinin istifadədən çıxarılmasını ehtiva edir.
Konqresin həm demokratlar, həm də respublikaçılar tərəfindən verdiyi açıqlamada "ABŞ-ın kabelsiz gələcəyi üçün şəbəkələrimizi xarici müdaxilələrdən qorumaq son dərəcə əhəmiyyətlidir. "Huawei" kimi firmalar ABŞ-ın ticarət və təhlükəsizlik maraqlarına böyük təhdid təşkil edir. Çünki rabitə vasitələrimiz bu firmaların cihazlarından istifadə edərək əməliyyatlarına davam edirlər" ifadəsi yer alıb.
Zümrüd /publika.az

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək