ABŞ-dan İrana MÜHARİBƏ ELANI: 5 gün sonra...
"ABŞ İranın, ya da müttəfiqlərinin amerikalılara, onun müttəfiqlərinə və ya mənafeyinə zərər verəcək hər hansı hücumuna qətiyyətli şəkildə qarşılıq verəcək. Bunu iranlı liderlərə xatırlatmaq istəyirəm".
Publika.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo deyib.
İraqda hökumətə qarşı baş qaldıran etiraz aksiyaları ilə bağlı danışan Pompeo bu etiraz aksiyalarına görə İranı ittiham edib: "İran son dövrdə İraq təhlükəsizlik qüvvələri ilə ABŞ və Beynəlxalq Koalisiya əsgərlərinin yerləşdiyi bazalara bir çox hücum təşkil etdi. İran qonşularının suverenlik haqlarına hörmətlə yanaşmalı, həm İraqdakı, həm də bölgədəki qollarına hərbi dəstəyi dərhal kəsməlidir".
Qeyd edək ki, Bağdad Beynəlxalq Hava limanı yaxınlığında dekabrın 9-da 4 katyuşa raketi ilə hücum həyata keçirilmiş, 6 əsgər yaralanmışdı.
Bundan başqa, Səlahəddin və Ənbar vilayətlərindəki ABŞ əsgərləri silahlı hücuma məruz qalmışdı.
Zümrüd /publika.az

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək