ABŞ-dan İrana qarşı gərginliyi artıracaq SƏRT QƏRAR: Daxili işlər naziri və ailəsi... - FOTO
ABŞ Dövlət Departamenti İranın Daxili işlər naziri Əbdürrza Rəhmani Fəzli, ailə üzvləri və digər 11 rəsmiyə sanksiya tətbiq edib.
Publika.az xəbər verir ki, bu barədə dövlət katibi Mayk Pompeo bildirib.
O qeyd edib ki, insan haqlarının pozulmasında iştirak edən iranlı rəsmilərə ABŞ-a səyahət qadağası tətbiq olunacaq.
Pompeo Fəzlinin İrandakı etiraz aksiyalarına qatılanlara qarşı zorakılıq tətbiq olunması istiqamətində polislərə təlimat verərək insan haqlarının pozulmasında böyük pay sahibi olduğunu deyib: "Fəzli və rejimin hədəfi etiraz aksiyaları, eyni zamanda ifadə azadlığı haqlarına təzyiq göstərməkdir. Bu təlimat 23-ü uşaq olmaqla, bir çox etirazçının ölümünə səbəb oldu".
Qeyd edək ki, iranlı rəsmilər ABŞ Dövlət Departamenti ilə yanaşı, Maliyyə Nazirliyinin də "qara siyahısı"na salınıb.
Zümrüd
Kurslar.az kurslar [newsid: 0-123300]

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Rəsmi Bakıdan 20 Sentyabr mesajı: "...əbədidir"
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
Neft həftəni bu qiymətlə başladı
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - Fotolar
Zaur Kamalın səhhətində problem yarandı
Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il keçir
20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəldi