ABŞ-dan KRİTİK TÜRKİYƏ HƏMLƏSİ: bölgəyə minlərlə əsgər, zirehli texnika, helikopter
Yunanıstanın "Ta Nea" qəzetinin yazdığına görə, ABŞ bu ölkənin Dədəağac bölgəsinə hücum vertolyotları, pilotsuz uçuş aparatları (PUA), tanklar və zirehli döyüş texnikalar yerləşdirəcək.
Publika.az xəbər verir ki, nəşrdə bu daşınmanın ən böyük hərbi daşınma olduğunu və əsas detalların sentyabr ayında Yunanıstan və ABŞ rəsmiləri tərəfindən müzakirə edildiyi qeyd olunub.
Məqalədə qeyd olunur ki, ABŞ-ın bu bölgədə hərbi qüvvə yığmasının məqsədi boğazlara çıxış əldə etməkdir. ABŞ-ın Dədəağaca əhəmiyyət verməsinin başqa bir səbəbi isə Türkiyə ilə Rusiyanın yaxınlaşması halında bir tarazlıq yaratmaqdır.
Dədəağac bölgəsinə ilk göndərmə "Defender Europe 21" təlimi sayəsində gerçəkləşdirilib. Bölgəyə 145 helikopter, 1800-dən çox zirehli texnika və 20 mindən çox hərbçi gətirilib. Balkanların və bəzi Avropa ölkələrinin daxil olduğu təlimə ilk dəfə Yunanıstan da cəlb edilib.
Yunanıstan Dədəağac limanına əlavə olaraq, ABŞ üçünYunanıstan Quru Qüvvələrinin "Yunuli" qərargahını ayırıb. Müəssisədə 300-dən çox Amerika əsgərinin yerləşə biləcəyi iddia edilir.
Akqabay
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Bəhlul Mustafazadə yenə əməliyyat olundu
Avropa Liqası: daha 9 oyun baş tutacaq
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
Ağdamda toyda dava: Xəsarət alan var
Bakıda küçədə meyit tapıldı
Zelenskidən önəmli açıqlama: İkinci həmlə edildi
Beş dövlət Xəzər dənizi ilə bağlı yeni qərar verdi
Elza Seyidcahanın şeiri Kərkükdə dərc olundu: "Təyyarə ilə ora gedib, solo konsert verəcəm