ABŞ-dan Qazaxıstana göndərilən toyuq ətinin tranzitinə məhdudiyyət qoyuldu
Rusiya quş qripi qorxusuna görə ABŞ-dan Qazaxıstana bütün quş əti məhsullarının tranzitini müvəqqəti olaraq qadağan etməyi planlaşdırır.
KONKRET.az "RİA Novosti"yə istinadən xəbər verir ki, "Rosselxoznadzor ABŞ-dan gələn bütün quş əti məhsullarının Rusiya Federasiyası ərazisindən Qazaxıstana tranzitinə müvəqqəti məhdudiyyətlərin tətbiqini zəruri hesab edir.
Onun qiymətləndirməsinə görə, 2022-ci ildə bu cür tədarüklərin həcmi 23 min ton, cari il üçün isə daha az, 15 min ton təşkil edib. Bu qərar ABŞ-da bu xəstəliklə bağlı epizootik vəziyyətin hazırda qeyri-sabit olduğu üçün Rusiya və Qazaxıstan ərazilərini yüksək patogenli quş qripinin tətbiqindən qorumaq məqsədilə nəzərdən keçirilir. Belə ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatına görə, 2023-cü ildə orada 290-dan çox quş qripi halı qeydə alınıb. Xatırladaq ki, dekabrın əvvəlində Belçika Fransa ilə sərhəddə "quş qripi"nin yayıldığını bildirmişdi. Epidemiya nəticəsində 95 quş ölüb və "Dixmuide" fermasının qalan hissəsi isə məhv olub.
Vəli Həsənov,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR