ABŞ-dan ŞOK CAVAB: müharibə elan etdilər
Ərbildəki raket hücumları cavabsız qalmayacaq.
Publika.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays deyib.
Şimali İraq Kürd Muxtariyyətinin səlahiyyətli şəxsləri ilə təmasların davam etdiyini qeyd edən Prays hücumun arxasında dayanan şəxslərin ortaya çıxarılması üçün əməliyyatların davam etdiyini vurğulayıb: "Əlbəttə, verəcəyimiz cavabın təqdimatını etməyəcəyik. Amma bunu demək vacibdir: bu hücumun məsuliyyətini daşıyan qrup üçün nəticələri ağır olacaq".
Qeyd edək ki, ötən gün Ağ Evin mətbuat katibi Cen Psaki ABŞ hökumətinin hücuma doğru zaman və formada cavab vermə haqqını özündə saxladığını demişdi.
Xatırladaq ki, ABŞ təhlükəsizlik mənbələrindən əldə edilən məlumata əsasən, ABŞ əsgərlərinin yerləşdiyi Ərbil Beynəlxalq Hava limanı və şəhərə 14 raket zərbəsi endirilib. Hücum nəticəsində 1 müqaviləli əsgər həlak olmuş, 3 dinc sakin, müqaviləli əsgər, 1 ABŞ əsgəri olmaqla, 9 nəfər yaralanmışdı.
Hücumun məsuliyyətini İraqdakı fəaliyyətlərdə daha əvvəl adı keçməyən "Saraya Övliyə əd-Dam" adlı qruplaşma öz üzərinə götürmüşdü.
Zümrüd

Türkiyə millisinin heyəti açıqlandı
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
"Turan Tovuz"un qapıçısı millimizə qarşı oynaya bilər
Azərbaycan kubokunun püşkü atıldı
Cəlilabadda hadisə: Yük maşınının altında…
Kim Kardaşyan haqqında qəribə məhkəmə qərarı - 1 avro kompensasiya
Qubada yol qəzasında 5 nəfər xəsarət aldı
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Salyanda motosiklet piyadanı vuraraq öldürdü
Bu günün valyuta məzənnələri
Xruşşov Disneylendə getmək istəyirdi, amma... – Sovet liderinin Amerikada macəraları
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
Hikmət Hacıyev və Almaniya səfiri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər