ABŞ-dan Türkiyəyə qarşı SENSASİON ADDIM: Azərbaycanı gözləyən böyük təhlükə - ŞOK DETALLAR

ABŞ-dan Türkiyəyə qarşı SENSASİON ADDIM: Azərbaycanı gözləyən böyük təhlükə - ŞOK DETALLAR"Bu qətnamənin ərsəyə gəlməsi erməni faktoru, lobbisi ilə bağlıdır. Senatın addımı nəticə verməyəcək".
Bunu -a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
ABŞ-dan Türkiyəyə qarşı SENSASİON ADDIM: Azərbaycanı gözləyən böyük təhlükə - ŞOK DETALLARO bildirib ki, həm Azərbaycan, həm də Türkiyə ictimaiyyəti son vaxta qədər düşünürdü ki, Konqres məlum qətnaməni qəbul edəcək, Senat isə yox: "Çünki Senatda kifayət qədər nüfuzlu qüvvələr buna əks çıxırdı. Onlar sübut etmək istəyirdilər ki, bu, qərəzli və zərərli qətnamədir. Türkiyənin, ABŞ-ın maraqlarını əks etdirmir. Təəssüflər olsun ki, daha çox konyuktur səbəblərə görə bu qətnamə qəbul edilib. Senatın müqaviməti sanki iki palata arasında qarşıdurma yarada bilərdi. Bu qarşıdurma respublikaçılar üçün daxili siyasi amilləri nəzərə alaraq yaxşı bir şey vəd etmirdi. Məlumdur ki, gələn il ABŞ-da prezident seçkiləri keçiriləcək. Hər iki tərəf çalışır ki, son hadisələrdən istifadə edərək öz dayaqlarını gücləndirsin. Konqres və Senat arasında olan qarşıdurma əslində respublikaçıların fəaliyyətinə kölgə sala bilərdi. Onları günahlandıra bilərdilər ki, seçkiqabağı iki palata arasında qarşıdurma yaradırlar. Əslində, daxili-siyasi texnologiyalara əsaslanaraq, məntiqə əsaslanaraq bu qətnamə qəbul edilib. Əlbəttə, burada başqa faktorlar da var. Bu, Türkiyə və ABŞ arasında pisləşən münasibətlərdir. Son NATO sammiti onu göstərdi ki, tərəflər arasında təzadlar qalmaqdadır, dərinləşməkdədir. Bunları nəzərə alaraq Senat bu addımı atıb".
ABŞ-Türkiyə münasibətlərinin gözləntiləri ilə bağlı deyə bilərik ki, illər öncə də digər ölkələr oxşar addım atmışdılar. Ancaq onların addımları nəticəsiz qaldı: "Rusiya 90-cı illərin ortalarında Türkiyəyə qarşı oxşar qərar qəbul etmişdi. Hazırda Rusiya regionda sürətli şəkildə Türkiyənin tərəfdaşlarından birinə çevrilməkdədir. Real siyasət öz sözünü deyir. Real siyasət odur ki, tərəflər nəticə etibarilə son imkanlardan istifadə edirlər, real maraqlarından çıxış edirlər. Ona görə də Amerika üçün Türkiyə regionda çox vacib oyunçudur. Yaxın Şərqdə yeganə NATO ölkəsidir. Onlar arasında müxtəlif əlaqələr var. O cümlədən hərbi müstəvidə əlaqələr var - Liviya, Suriya məsələlərində və s. Belə vəziyyətdə ABŞ-ın Türkiyəyə qarşı sərt addımlar atacağını düşünmək düzgün deyil. Söhbət milyard dollarlarla ölçülən maraqlardan gedir. Ermənistanın mövqeyini dəstəkləməklə ABŞ öz maraqlarını bu regionda təmin edə bilməyəcək".
Politoloq, Trampın ona qarşı olan təzyiqləri nəzərə alaraq qətnaməyə veto qoymayacağını düşünür: "Tramp bu qərara veto qoya bilər. Amma ona qarşı impiçment başlanıb. Nüfuzlu dairələr nəinki Demokrat Partiyasının tərkibində, eyni zamanda Respublikaçıların tərkibində də Trampa təzyiq göstərirlər. Bunları nəzərə alaraq düşünmürəm ki, Tramp bu qərara veto qoya bilər. Tramp üçün bu, ikinci dərəcəli məsələdir. Birinci dərəcəli məsələ, öz nüfuzunu qoruyub-saxlamaqdır. Madam ki, Türkiyə-ABŞ münasibətləri onsuz da korlanıb, onları heç nə düzəldə bilməz, Tramp Senata və Konqresə qarşı getməyəcək".
İlqar Vəlizadə, qərarın Azərbaycana dolayı təsirinin ola biləcəyini vurğulayıb: "Bu qərar ermənipərəst qüvvələrə açıq şəkildə dəstək deməkdir. Ermənipərəst dairələrin mövqelərinin möhkəmlənməsi deməkdir. Azərbaycana qarşı növbəti addım kimi təşəbbüs irəli sürə bilərlər. Yəni, bunu istisna etmək olmaz. Paşinyanın ABŞ-a səfəri, onun nəticələri, erməni diasporları ilə görüşləri onu göstərir ki, o, müəyyən vədlər alıb. Vədlər ondan ibarətdir ki, indiki lobbi çalışacaq ki, bu və ya digər şəkildə Ermənistanın mövcud iqtidarının xarici və siyasi addımlarını dəstəkləsin. Azərbaycanla bağlı müzakirələrdə Senat və ya Konqres bizə qarşı müqavimət göstərəcək".
Məhərrəm Əliyev

Dünya       Tarix: 13 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

İsrail bu şəxslərə "yaşıl işıq" yandırdı - Ölkəyə daxil ola bilərlər

İsrail yanvarın 9-dan vaksinasiya olunmuş və ya COVID-19-dan sağalmış turistlərin ölkəyə daxil olmasına icazə verəcək. xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. Bu, "narınc

80 il əvvəl yoxa çıxan sualtı qayıq TAPILDI

Yunan dalğıcları Egey dənizinin dibində 80 il əvvəl yoxa çıxan italyan sualtı qayığını tapıblar. xəbər verir ki, bu barədə "Ekspress" məlumat yaydı. Bildirilib ki, "Jantina" sualtı qayığı göyərtəsind

Çin imkansızı bacardı

Üçüncü Dünya müharibəsinə səbəb olacağı ehtimal edilən ABŞ, Rusiya və Çin arasında silahlanma yarışının sürətlənməsi gərginliyi artırır. Ağ Ev Pekinin son aylarda Pentaqonu şoka salan hərbi sınaqlarından sonra hərəkətə keçdi

Ermənistan Azərbaycana görə Zəngəzurun mərkəzini dəyişir

Ermənistan hökuməti Zəngəzur (erməni dilində Sünik) bölgəsinin mərkəzini Qafan şəhərindən Sisian (Qarakilsə) şəhərinə köçürmək istəyir. xəbər verir ki, Ermənistan mediası hazırda bununla bağlı müzakirələrin getdiyini yazır

Türkiyə buna görə Ermənistana MÜRACİƏT ETDİ

Türkiyənin "Pegasus" aviaşirkəti İstanbul-İrəvan reyslərinin həyata keçirilməsi üçün Ermənistanın Mülki Aviasiya Komitəsinə müraciət edib. xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəsi Nazirliyinin mətbua

Vyana danışıqları bərpa edildi

Vyanada Birgə Hərtərəfli Fəaliyyət Planının tam fəaliyyətini bərpa etmək üçün danışıqlar bərpa olunub. xəbər verir ki, bunu Rusiyanın Vyanada beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov bildirib. "Qıs

ABŞ 20-dən çox rus PUA-sını vurdu

Suriya və Ukrayna üzərində uçan rus istehsalı "Lancet" pilotsuz aparatları naməlum silahlarla vurulub. -a istinadla xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb. Rusiyanın PUA texnologiyasını öyrənmək istəyə

İranda son sutkada koronavirusdan 41 nəfər öldü

İranda ötən sutka ərzində 1 510 nəfər koronavirusa (COVID-19) yoluxub, 41 nəfər ölüb. xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib. Bununla da İranda bu virusdan ölənlərin sayı 131 68

İsrail ordusu Qəzza zolağında Həmas-ın hədəflərinə zərbələr endirdi

İsrail ordusu Qəzza zolağında "Həmas" hərəkatının hədəflərini vurmaq üçün təyyarə və tanklardan istifadə edib. xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti bildirib. Məlumata əsasən, zərbələr "Həmas"ı


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən son durum cebheden xeberler bugünkü son xəbərlər hava proqnozu