ABŞ diplomatları Rusiya ilə ticarət edən türk şirkətlərini HƏDƏLƏYİR
"ABŞ-nin Türkiyədəki səfirliyi və baş konsulluğundakı diplomatlar türk şirkətlərini və maliyyə qurumlarını Rusiya ilə ticarət əlaqələrinə görə təhdid edirlər".
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin tanınmış nəşrlərindən olan "Aydınlık" qəzeti məlumatlı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Amerika diplomatik qurumlarının əməkdaşları Rusiya Federasiyası ilə iş görən türk şirkətlərini və maliyyə təşkilatlarını sanksiyalar siyahısına daxil etməklə hədələyirlər.
Adının açıqlanmasını istəməyən türk şirkətinin əməkdaşı isə təhdid dili ilə danışan diplomatlardan birinin adını açıqlayıb. Bu şəxs ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun ixraca nəzarət üzrə mütəxəssisi Gülin Can Yükseltandır.
İddia ilə bağlı medianın sualını cavablandıran Gülin Can Yükseltan isə məlumatı təkzib etməsə də, mövzu ilə bağlı təfərrüatlı açıqlama vermək səlahiyyətinin olmadığını deyib.
Rəsmiyyə Şərifova,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA
Sahibə Qafarova Qazaxıstana səfər edib
Zülfiyyə Xanbabayeva "Bir nəfəs qədər" klipini təqdim etdi
İlham Əliyevdən həmkarına təbrik
Prezident qanuna dəyişiklikləri təsdiqlədi
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
Unibank ağacəkmə kampaniyasında iştirak edib
"Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır
"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək
Azərbaycanda bu fond ləğv olunur
Bakıda bundan toplanan haqq dövlət büdcəsinə ödəniləcək
Gənc iş adamı toyda qəfil öldü - Foto
Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"