Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir

Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edirABŞ-da aralıq seçkilərində Demokratlar Konqresə nəzarəti ələ keçirdikdən və seçicilər Donald Trampın şəxsən dəstəklədiyi namizədləri mühüm seçki dairələrində məğlubiyyətə uğratdıqdan sonra Respublikaçılar Partiyasında prezidentə təzyiqlər artıb. Partiya nümayəndələri Trampdan siyasi kursunu dəyişməyi tələb edirlər.
Noyabrın 4-ü, çərşənbə günü prezident Donald Tramp respublikaçıların ciddi narazılığı ilə üzləşib. Onun siyasi müttəfiqləri və partiyanın strategiya üzrə mütəxəssisləri Ağ Evdə kadr dəyişikliklərinin aparılmasını, idarəetmədə intizamın bərpa olunmasını və məğlubiyyətlərə səbəb hesab etdikləri siyasətdən imtina edilməsini istəyirlər. Söhbət, xüsusilə İranla müharibə və gömrük tarifləri siyasətindən gedir. Tramp prezidentlik müddətinin son illərinə daxil olarkən partiya daxilində onun idarəçilik üslubuna qarşı narazılıq getdikcə artır.
Respublikaçıların təcrübəli siyasi strateqi Con Fiheri seçkilərin nəticələrini Tramp üçün "nəhəng fəlakət" adlandırıb.
"Artıq vəziyyəti qaydaya salmaq lazımdır. Bu gündən etibarən hər keçən gün onun vəziyyəti daha da acınacaqlı olacaq", – deyə Fiheri bildirib.
Lakin Trampın seçkilərin nəticələrini siyasi kursunu dəyişmək üçün əsas hesab etdiyinə dair ciddi əlamətlər yoxdur. O, çərşənbə axşamı gecə Fox News telekanalına açıqlamasında "Bunu özümə qarşı zərbə hesab etmirəm" deyib.
Demokratların Konqresdə üstünlük qazanması onlara Trampın qanunvericilik təşəbbüslərinin qarşısını almaq, administrasiyanın fəaliyyətini araşdırmaq və prezidentin irəli sürdüyü namizədlərə etiraz etmək imkanı verəcək. Bu vəziyyətin icra hakimiyyətinin səlahiyyətlərindən indiyədək aqressiv şəkildə istifadə edən Trampı daha çox birtərəfli qərarlara sövq edəcəyi gözlənilir.
Prezident həmçinin respublikaçıların bir hissəsinin artıq siyasi yük hesab etdiyi proqramı davam etdirib-etdirməmək barədə qərar verməli olacaq. Xüsusilə 2028-ci ildə Ağ Ev uğrunda mübarizə aparmaq istəyən və Trampın mümkün siyasi varisləri hesab olunan şəxslər bu siyasətin onlara mənfi təsir göstərəcəyindən narahatdırlar.
Trampın ehtimal olunan siyasi varisi kimi qiymətləndirilən vitse-prezident Cey Di Vens də çərşənbə günü prezidentdən müəyyən mənada məsafə saxlamağa çalışıb. O, aralıq seçkilərindəki məğlubiyyətlərin səbəblərindən biri kimi İranla müharibəni göstərib.
Siyasi strateqlərin və partiya rəsmilərinin fikrincə, respublikaçılar Trampın uzun illər partiya elektoratı üzərindəki təsirinin zəiflədiyi qənaətinə gəlsələr, belə fikir ayrılıqları daha da geniş yayıla bilər.
Ağ Evdə kadr dəyişiklikləri və Demokratların araşdırmalarına hazırlıq
Anonim qalmaq şərtilə danışan yüksək vəzifəli Ağ Ev rəsmisinin sözlərinə görə, administrasiyanın rəhbər heyəti əməkdaşların işdən çıxarılmasına, mümkün kabinet dəyişikliklərinə və Demokratların Konqres vasitəsilə başlada biləcəyi araşdırmalara hazırlaşır.
"Burada vəziyyət hazırda dəhşətlidir. Əməkdaşların əhval-ruhiyyəsi son dərəcə aşağıdır", – deyə rəsmi bildirib.
Onun sözlərinə görə, seçkilərə altı həftə qalmış aparılan daxili sorğular respublikaçıların Konqresin hər iki palatasında məğlub ola biləcəyini göstərirdi. Buna baxmayaraq, Tramp siyasi nəticələrlə bağlı xəbərdarlıqlara baxmayaraq, İran siyasətini dəyişməkdən imtina edib.
"Əslində, onun buna heç bir əhəmiyyəti yox idi. O, heç kimin sözünə qulaq asmaq istəmədi", – deyə Ağ Ev rəsmisi qeyd edib.
Tramp İranla səkkiz ay davam edən müharibənin Respublikaçılar Partiyasının namizədlərinə zərər vurduğunu etiraf etsə də, münaqişəyə başlamaq qərarını müdafiə edib.
Respublikaçıların narahatlığı isə təkcə müharibə ilə məhdudlaşmırdı.
Miçiqan və Ayova kimi ştatlarda Senata keçirilən gərgin seçkilər ərəfəsində aparılan fokus-qrup tədqiqatları Respublikaçılar Partiyasının milli səviyyəli siyasi məsləhətçilərini getdikcə daha çox narahat etməyə başlamışdı. Belə ki, respublikaçı və müstəqil seçicilərin artan hissəsi prezidentin diqqətini Ağ Evdə bal zalının tikintisinə və Vaşinqtonun yenidən qurulmasına yönəltməsindən narazılıq edirdi. Bu barədə respublikaçı siyasi məsləhətçilərdən biri məlumat verib.
"Əgər Tramp növbəti iki il ərzində də eyni mənasız məsələlərdən danışmağa davam etsə, növbəti seçkilərdə bizi yenə darmadağın edəcəklər", – deyə məsləhətçi bildirib.
Bütün bu narazılıqlara baxmayaraq, Tramp çərşənbə günü jurnalistləri özü ilə birlikdə Ağ Evdə inşa edilən bal zalının tikinti sahəsinə apararaq onlara gözlənilməz ekskursiya təşkil edib.
"Bu, mənim üçün istirahətdir", – deyə prezident bildirib.
Ağ Ev sosial şəbəkələrdə Trampın fotosunu da paylaşaraq qarşıdurma xarakterli mövqe nümayiş etdirib. Şəklin üzərində bu sözlər yazılıb: "Elan: Tramp hələ də sizin prezidentinizdir".
Trampın əlində hələ də ciddi səlahiyyətlər var
Seçkilərdəki məğlubiyyətə baxmayaraq, Donald Trampın siyasi və inzibati imkanları kifayət qədər genişdir.
Reuters agentliyinin daha əvvəl yaydığı məlumata görə, Ağ Ev aylar ərzində miqrasiya, gömrük tarifləri, mənzil tikintisi və federal xərclərlə bağlı bir sıra prezident sərəncamları üzərində hazırlıq aparıb. Bu sənədlər Demokratların müqavimətinə baxmayaraq, Trampa proqramının müəyyən hissəsini həyata keçirməyə imkan verə bilər.
Lakin prezidentin icra hakimiyyəti səlahiyyətlərindən istifadə etməsi administrasiyanı Konqresin araşdırmalarından qoruya bilməyəcək.
"Konqres araşdırmaları ilə heç kim üzləşmək istəmir", – deyə Ağ Evin yüksək vəzifəli rəsmisi bildirib.
Mənbə: Reuters
Müəlliflər: Nandita Boze, Jarrett Renshaw, Bo Erikson
Hazırladı Ağagül Mürsəlov,
KONKRET.az

Siyasi       Tarix: 06 noyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Pakistan prezidenti İlham Əliyevi təbrik etdi

Pakistan Prezidenti Asif Əli Zərdari Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. məktubun mətnini təqdim edir:. "Zati-aliləri. Zəfər Günü münasibətilə Zati-alinizə və qardaş Azərbaycan xalqına Pakista

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

Prezident İlham Əliyev Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinteroya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:

Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı

AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib

Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ölkəsinin Bakıdakı yeni səfirliyinin rəsmi açılış mərasimində iştirak etmək üçün noyabrın sonunda Azərbaycana səfər edəcək. xəbər verir ki, bunu Marqus Tsahkna bildirib. "Tərəfdaşlığımızı

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində

BÖYÜKLƏR ÜÇÜN NAĞIL: Amerika öz imperiyası olmadan niyə yaşaya bilməz?

Amerikalı populist-izolyasionistlərin seçkiqabağı çıxışlarını dinləmək bəzən absurd komediyaya baxmağa bənzəyir. MAGA şüarlı qırmızı papaq taxmış siyasətçi tribunaya çıxaraq son dərəcə sadə, lakin cəlbedici bir fikir irəl

Ramiz Mehdiyevin qızından atası haqda etiraf: Həmin sənəd…

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqda və məhkəmə prosesində onun ailə üzvləri də dindiriliblər. -ya istinadən xəbər verir ki, Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva ifadəsind

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye


yeni xeberler azerbaycan xeberleri son xeberler şou biznes xəbərləri son xeberler bugun 2026 canli xeberler bu qun sou xeberler bugun