Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMAXəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırır.
Son günlər Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı sosial şəbəkələrdə müxtəlif müzakirələr aparılır. Bu baxımdan Ərdoğanın Azərbaycana gözlənilən səfəri də diqqət çəkir. Səfərin iki ölkə arasındakı münasibətlərə necə təsir edəcəyi maraq doğurur.
Mövzu ilə bağlı azxeber.com-a danışan politoloq Tural İsmayılov bildirib ki, sosial şəbəkələrdəki müzakirələri Azərbaycan-Türkiyə münasibətlərinin ümumi mənzərəsi kimi qiymətləndirmək düzgün deyil:
"Son dövrlər Azərbaycan-Türkiyə münasibətləri ətrafında sosial şəbəkələrdə müşahidə olunan müzakirələrə daha geniş siyasi kontekstdən yanaşmaq lazımdır. Xüsusilə Türkiyədə bəzi şəxslərin, ictimai-siyasi fiqurların və ayrı-ayrı sosial media hesablarının Azərbaycan əleyhinə sərt, bəzən isə qardaşlıq münasibətlərinin mahiyyətinə zidd paylaşımlar etməsi müəyyən süni gərginlik yaradıb. Belə vəziyyətlərdə emosional reaksiyalara qapılmaq və ayrı-ayrı şəxslərin mövqeyini bütövlükdə Türkiyə cəmiyyətinin və ya dövlətinin mövqeyi kimi təqdim etmək düzgün deyil.
 Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMAAzərbaycan-Türkiyə münasibətləri sosial şəbəkələrdəki mübahisələrdən, ayrı-ayrı şəxslərin açıqlamalarından və müvəqqəti fikir ayrılıqlarından daha böyük siyasi məzmuna malikdir. Bu münasibətlər ortaq tarixə, milli-mənəvi dəyərlərə, qarşılıqlı dəstəyə və konkret strateji maraqlara əsaslanır. Eyni zamanda, qardaşlıq münasibətləri qarşılıqlı hörmət, suverenliyə ehtiram və bərabərhüquqlu tərəfdaşlıq prinsipləri üzərində qurulmalıdır. Heç bir tərəf bu münasibətləri digərinin daxili işlərinə müdaxilə və ya öz mövqeyini diktə etmək vasitəsi kimi qəbul etməməlidir".
Politoloqun sözlərinə görə, iki ölkə arasında fikir ayrılıqlarının yaranması strateji müttəfiqliyin mahiyyətinə təsir göstərməməlidir:
"Hesab edirəm ki, Azərbaycan və Türkiyə münasibətlərində əsas məsələ ayrı-ayrı mübahisələrin gündəmi zəbt etməsinə imkan verməməkdir. Fikir ayrılıqları ola bilər, müəyyən məsələlərdə fərqli mövqelər ortaya çıxa bilər. Lakin bunlar iki dövlətin strateji müttəfiqliyinin mahiyyətini kölgədə qoymamalıdır. Qardaşlıq münasibətləri həm də mürəkkəb dövrlərdə bir-birini anlamaq, qarşılıqlı hörməti qorumaq və problemləri kənar təsirlərdən uzaq, birbaşa dialoqla həll etmək bacarığıdır".
Fəridə Əsədzadə

Siyasi       Tarix: 06 noyabr 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind

Ramiz Mehdiyevin qızından atası haqda etiraf: Həmin sənəd…

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqda və məhkəmə prosesində onun ailə üzvləri də dindiriliblər. -ya istinadən xəbər verir ki, Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva ifadəsind

Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana nəzərdə tutulan səfəri barədə açıqlama verib. xəbər verir ki, Türkiyə lideri bu barədə yerli mediaya açıqlaması zamanı danışıb. "Fövqəlad

ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. xəbər verir ki, məktubda deyilir:. "Zati-aliləri. 8 Noyabr – Zəfər Günü münasibətilə Zati-aliniz

Prezident: Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək

Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşan "ASAN xidmət"in fəaliyyəti BMT tərəfindən də yüksək qiymətləndirilir. "ASAN xidmət"in 2015-ci ildə BMT-nin "Dövlət Xidmətləri Mükafatı"na, 2019-cu ild

BÖYÜKLƏR ÜÇÜN NAĞIL: Amerika öz imperiyası olmadan niyə yaşaya bilməz?

Amerikalı populist-izolyasionistlərin seçkiqabağı çıxışlarını dinləmək bəzən absurd komediyaya baxmağa bənzəyir. MAGA şüarlı qırmızı papaq taxmış siyasətçi tribunaya çıxaraq son dərəcə sadə, lakin cəlbedici bir fikir irəl

Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi

İranın Ermənistandakı səfirliyinin rəsmi sosial media hesabında İrəvanın Göy məscidi haqqında videomaterial yayımlanıb. xəbər verir ki, paylaşımda tarixi faktlar birtərəfli və təhrif olunmuş şəkildə çatdırılıb. Göy məscidi

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın sonunda Azərbaycana səfər edəcək. KONKRET.azxəbər verir ki, bu barədə Report-a diplomatik mənbə bildirib. Məlumata görə, XİN rəhbəri səfər çərçivəsində Azərbaycanın rəsm


azerbaycan xeberleri yeni xeberler son xeberler axsam.az xeberler bu gunun xeberleri haqqinda melumat metbuat xeberleri xabar az