ABŞ Dövlət Departamenti David Babayanın səfərinə münasibət bildirdi
ABŞ Dövlət Departamenti özünü separatçı "Dağlıq Qarabağın xarici işlər naziri" kimi təqdim edən David Babayanın Vaşinqtona səfərinə münasibət bildirib.
KONKRET.az-ın məlumatına görə, ABŞ Dövlət Departamentinin sözçüsü qeyd edib ki, Dövlət Departamentinin Babayanın səfəri ilə heç bir əlaqəsi yoxdur.
"Birləşmiş Ştatlar özünü elan etmiş (tanınmamış) "Artsax respublikasını" tanımır. Dövlət Departamenti bu səfərin bir hissəsi deyil".
Babayanın hansı statusda ABŞ səfəri ilə bağlı Dövlət Departamentinin sözçüsü bildirib ki, viza məsələləri ABŞ qanunlarına əsasən məxfidir.
"Ona görə də biz ayrı-ayrı hallara münasibət bildirə bilmərik. Birləşmiş Ştatlara səfər etmək üçün viza müraciətləri İmmiqrasiya və Vətəndaşlıq Aktı (INA) və müvafiq qaydalar daxil olmaqla, bütün qüvvədə olan qanunlara uyğun olaraq həll edilir", – Dövlət Departamentinin sözçüsü qeyd edib.
Xatırladaq ki, ABŞ-dakı erməni diasporası David Babayanın sentyabrın 19-da Vaşiqtona səfər edəcəyi və görüşlər keçirəcəyi barədə məlumat yayıb.//APA

Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA