Zelenski: Qış sizin üçün də ağır olacaq

Zelenski: Qış sizin üçün də ağır olacaqUkrayna Prezidenti Volodimir Zelenski qarşıdakı qışın həm Ukrayna, həm də Rusiya üçün çətin keçəcəyini bildirib.
KONKRET.az xəbər verir ki, Zelenski ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının 81-ci sessiyasının ikinci iclasında çıxış edib. O, Ukraynanın müharibəni seçmədiyini, ölkəsini, ailələrini, müstəqilliyini və azadlığını qorumaq üçün mübarizə apardığını vurğulayıb.
Ukrayna prezidenti Rusiyanın Polşa və bəzi Baltikyanı ölkələri təhdid etdiyini, həmçinin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin suverenliyinə hörmət etmədiyini iddia edib.
O, Rusiyanın neft obyektlərinin, fabriklərinin və limanlarının Ukraynanın əsas hədəfi olmadığını deyib. Zelenskinin sözlərinə görə, Rusiyanın maliyyə resursları və istehsal imkanları məhdudlaşdırılmalıdır.
"Rusiya pulu olduğu zaman diplomatiyaya "xeyr" deyir", – deyə Ukrayna Prezidenti bildirib.
Zelenski Şimali Koreya lideri Kim Çen Inın Rusiyaya hərbi qüvvələr göndərdiyini və Şimali Koreya hərbçilərinin də ciddi itkilər verdiyini qeyd edib.
Ukrayna lideri ölkəsinin pilotsuz uçuş aparatları sahəsində müxtəlif ölkələrlə əməkdaşlığı davam etdirdiyini də bildirib.
"Ukraynalılar bu qışın bizim üçün çox çətin keçə biləcəyinin fərqindədirlər. Lakin buna cavab olaraq, bu qışı Rusiya üçün də çətin etməkdən başqa seçimimiz olmayacaq", – deyə Zelenski vurğulayıb.
O, gələn il süni intellektin döyüş meydanında qərarların qəbulunda rol oynaya biləcəyini və belə bir mərhələyə çatmadan əvvəl sülhün təmin edilməsinin vacib olduğunu söyləyib.
Zelenski Çin Prezidenti Si Cinpinlə bağlı da danışaraq, onun Rusiyaya bir çox ölkə liderlərindən daha çox təsir göstərə biləcəyini bildirib. O, Çinin Ukraynada sülhün bərqərar olmasını istəməsinin vacibliyini vurğulayıb.
Ukrayna Prezidenti Rusiya-Ukrayna müharibəsinin İkinci Dünya müharibəsindən sonra Avropada baş verən ən böyük müharibəyə çevrildiyini deyib.

Siyasi       Tarix: 25 sentyabr 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

"Azərbaycan Ordusu BMT-nin yerinə yetirilmədiyi qətnamələri icra etdi"- Politoloq

"Antiterror əməliyyatı cəmi bir sutka ərzində reallaşmış olsa da, Azərbaycan tarixinin yüz illiklər boyu yüksək qiymətləndiriləcək parlaq səhifələrindən biridir". Bunu politoloq Elçin Xalidbəyli -a açıqlamasınd

Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman

Azərbaycan Prezidenti İlham Əliyev dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında Fərman imzalayıb. xəbər verir ki, sözügedən Fərmana əsasən, dövlət ümumi təhsil müəssisələrind

Ərdoğanla Paşinyan Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla ikitərəfli ticarət və nəqliyyat sahələrindəki normallaşma prosesini dəstəkləyir, münasibətlərdə əldə edilən müsbət dinamikanın davam etdirilməsini vacib sayır. KONKRET.azxəbə

Azərbaycan daha bir ölkə ilə vizanı ləğv etdi – Kimlər gedə biləcək?

Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Banqladeşin xarici işlər naziri Xəlilur Rəhman "Azərbaycan Respublikası Hökuməti ilə Banqladeş Xal

Brüsseldə alkoqol qadağası ilə bağlı YENİ QƏRAR

Belçikanın paytaxtı Brüsseldə ictimai yerlərdə tətbiq olunan alkoqol qadağasının müddəti daha 4 il uzadılıb. xarici mətbuata istinadən xəbər verir ki, Belçikanın rəsmi xəbər agentliyi "Belga"nın məlumatına görə

Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Pakistan Xarici İşlər Nazirliyi Azərbaycanı 20 sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib. xəbər verir ki, Pakistan Xarici İşlər Nazirliyi bu barədə X-da paylaşım edib. "Azərbaycan Respublikasının Hökumətin

Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq

Nazirlər Kabineti "2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri" və "2027-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyas

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

Azərbaycan tarixində elə günlər var ki, onların əhəmiyyəti yalnız təqvimlə ölçülmür. Bu tarixlər dövlətin keçdiyi yolun, xalqın iradəsinin və gələcəyə baxışının ifadəsinə çevrilir. 20 Sentyabr da məhz belə günlərdəndir. 2023-c

Zelenski: Qış sizin üçün də ağır olacaq

Ukrayna Prezidenti Volodimir Zelenski qarşıdakı qışın həm Ukrayna, həm də Rusiya üçün çətin keçəcəyini bildirib. xəbər verir ki, Zelenski ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının 81-ci sessiyasının ikinci iclasınd


azerbaycan xeberleri yeni xeberler son xeberler son xeber az cəbhədən ən son xəbər kriminal kriminal xeberler